Nə düşmüsən, dəli könlüm,
Eşq-məhəbbət sorağına.
Nədir bu "eşq" deyilən şey,
Hamı düşür marağına.
Ürəkləri sirr eyləyir,
Səni müqəssir eyləyir,
Axırda şair eyləyir,
Çəkir dərd-qəm otağına.
Elə bilmə baş tacıdır,
Dərdlərinin əlacıdır,
Sevda bir dərd ağacıdır,
Qonur hər kəs budağına.
Qəlbini al-qan eyləyir,
Dost ilə düşman eyləyir,
Sonra imtahan eyləyir,
Çəkir səni sınağına.
İlkin, danışma fəlsəfə,
Oxun dəymədi hədəfə,
Yar çağırsa bircə dəfə,
Gedəcəksən ayağına...
İLKİN ABBAS