Nə düşündüm....
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 14:22 31 mart 2016 tarixində əlavə olunmuşdur

"Nə düşündüm..."

Nə düşündüm,nələr...nələr...
Başımıza nələr gələr.
Kasıb gorda da dincələr,
Varlı evdə,keçən deyil.
***
Günlərimiz yaman oldu,
Çoxdan,neçə zaman oldu.
Dörd yanımız duman oldu.
Deyən,bu çən o çən deyil.
***
Bir az səbir,bir az dözüm,
Nadanlara çatmır sözüm.
Qocalıqdır,görmür gözüm,
Tükü tükdən seçən deyil.
***
Sözlərimə oldum əmin,
Bilmirik biz işin çəmin.
Yarımçıqdır,Mövlud,zəmin,
Onu kimsə biçən deyil.

12.06.2014.Zərdabi.Mövlud Ağamməd.


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
4+15=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0483 saniye