Nə gec-gec görüşürük
Tural Rəhmanlı tərəfindən "Şeir" bolməsinə 02:39 23 iyul 2017 tarixində əlavə olunmuşdur

Nə gec-gec görüşürük, salamlaşırıq
Qanımız, canımız bir olan halda
Hər görüşdə kimləsə vidalaşırıq
Növbəti görüş yeri tək yuxularda

Niyə gizləyirik sevgimizi biz?,
Qohumluq bağını, qardaş bağını?
Ancaq baş verəndə qəfil itkimiz
Aşmağa çalışırıq həsrət dağını

30.05.2016

Müəllif: Tural Rəhmanlı


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
5+17=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0391 saniye