Mən vurğunam, qələm qaşa,
Şux qamətin bir tamaşa,/
Yanağında xallar qoşa,
Daha səndən nə istəyim?!
Təkrarsızdır xətti-xalın,
Al rəngi var yanağının,
Qıvrım telin, qulac saçın,
Daha səndən nə istəyim?!
Ustac deyər sözün düzün,
Nə əksilməz, öyməz özün,
İlham pərim qara gözün,
Daha səndən nə istəyim?!
15.04.1991 / Ağdam, Yusifcanlı