Nə kişinin eşqbaz bir baxışında, nə də qadının bir gərdan qırışındadır EŞQ...
Aysel Abdullazadə tərəfindən "Esse" bolməsinə 02:48 16 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Nə kişinin eşqbaz bir baxışında, nə də qadının bir gərdan qırışındadır EŞQ...

Zidd düşən yollarda üst-üstə düşməyən baxışlardan, bir-birinə işıldayan gözbəbəklərinin qovuşmasıdır tutulan əllərdə...

Bir dəstə gülün qırmızısında da axtarma eşqin allığını.
Kökündən ayrı gülün ömrü qısadır, solar bir zaman sonra,
yaşanamamış eşqlər kimi.
Birini həqiqətən sevirsənsə, torpaq dolu bir saxsı hədiyyə et ona... və bir də toxum. O əksin eşqi əlləri ilə, o işləsin ürəyinin eşqə hiss edtiyi kök duyğularını. Əl əməyi, göz nuru bir eşq cücərsin ürəyindən və filizlənsin sürətlə... Gözəlliyini bir an əvvəl ona verə bilmək üçün yarışsın təbiətlə.

"Səni sevirəm" demə sevdiyinə... burax, bunu o anlasın. Yer üzündə hər kəs bir şeyə aşiqdir və ona onu sevdiyini ifadə edər bir şəkildə. Bir dindar tanrısına aşiqdir və ona
eşqini elan edər duaları, ibadətiylə... biri sərvətinə aşiqdir
və ona elan edər eşqini varlıq içində yoxluq çəkərək...
Bir bülbül gülə aşiqdir və ona elan edər eşqini, tikanına şirin melodiyalarla gileyini oxuyaraq. Bax, hamısının ayrı
sevdiyi, sevdiyinə sevgisini ayrı bir ifadəsi və sevgilisi üzündən həyatını digərlərindən ayıran tamam ayrı bir xətti var. Sən də çox fərqli duyğularla sev, sevəcəksən...

Elə sev ki, dindar tanrısını, zəngin pulunu, bülbül gülünü bir dəfə daha gətirsin gözünün önünə, bir daha düşünsün "Görəsən..?" deyə.

Xüsusi günlərin olsun sevdiyinlə, amma xatırlanacaq deyil, heç unudulmayacaq xüsusi günlər. Xatırladıqda ürəyinin ritmi dəyişəcək, gözlərin bəlkə dolacaq, bəlkə də boşalacaq, çağlayacaq yanaqlarından ürəyinə axan şəlalə kimi... O xüsusi gözəlliyi hər gün, hər an fərqli bir şəkildə, yeni kimi yaşamaqdır eşq...

Unutduğunu söyləmə, unutsan və o, unutduğunu bilsə belə.
O anı elə bir hala gətir ki, unudulmazlığın zirvəsində,
unutduğun dəyərlər bir dibsiz quyu kimi qalsın, qaranlıq suyunda işıq şəfəqləri ilə... Lakin, zaman-zaman çöz bədənini qucaqlayan kilidləri və o şəfəqlərə tutunaraq en quyunun divarlarından içəri. Orada nələr buraxdığını da unutma əsla..

Və unutma ki, səmərəsiz torpağa nə cür su versən də, filizi cücərtməz oradan. Ən sonunda bir palçıq dəryası qalar əlində, bataqlıq olmuş hər qarış torpaq...
Dəyiş o zaman, gübrə ol qarış özünə və elə bərəkətlənərsən ancaq.
Unutma, eşq fərqliliklərdə yaşayacaq...

Aysel Abdullazadə...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+8=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0268 saniye