Nə lazım....
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 17:45 03 yanvar 2015 tarixində əlavə olunmuşdur

Nə lazım?

Harada aş,orada baş olmadım,
Yaltaqlığı sevmirəm heç,nə lazım?
Həyatmda daş üstə daş qoymadım,
Ustalığı sevmirəm heç,nə lazım?
***
Həyat acı,yaşamaqsa şirindir.
Ömür qısa, arzularımız mindir.
Görən deyir:"Saçlarında nə dəndir?"
Qaralığı sevmirəm heç,nə lazım?
***
Bezdim,Mövlud,yalanından dünyanın,
Qəlbə yara vuranından dünyanın.
Yaralıyam yarasından dünyanın
Yaralığı sevmirəm heç,nə lazım?

21.05.2013.Zərdabi.(Mövlud Ağamməd)


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
6+12=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0475 saniye