Nə olar, bircə an unudam səni.
Gülnarə Sadiq tərəfindən "Şeir" bolməsinə 18:19 18 oktyabr 2014 tarixində əlavə olunmuşdur

Baxam bu dünyaya, aya ulduza,

Baxam keçmişdəki ümidli qıza,

Bircə gün taleyim tərsinə yaza,

Nə olar, bircə an unudam səni.

 

Içimdəki səni silim nə olar,

Qəlbimdən kədəri söküm, nə olar,

Sənsiz bircə dəfə gülüm, nə olar

Nə olar, bircə an unudam səni.

 

Gizlədim özümü özümdən bir az,

Silim misramdakı sözümdən bir az,

Qaçım sənə baxan gözümdən bir az,

Nə olar, bircə an unudam səni.

 

 

 

 


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
8+2=
Hesaba giriş
Müəllif

Gülnarə Sadiq
Haqqında
Gülnarə Sadiq – Qasımova Gülnarə Ələkbər qızı 1985-ci il Azərbaycan respublikası,Gəncə şəhərində anadan olub.İlk təhsilini 2000-ci ildə həmin şəhərdə bitirdikdən sonra Gəncə Dövlət universitetinə qəbul olmuş və 2006-cı il həmin unuversiteti bitirmişdi.Uşaqlıq illərindən ədəbiyyata olan marağı Gülnarə qısa şeirlər yazırdı.Yazıları “Töhvə”, “Odlar Yurdu“qəzetlərində,”Məhəbbət işığında”,”Gəncliyin Səsi” almanaxlarında derc edilmişdi.Gəncə Dövlət Universitetinin nəzlində fəaliyyət göstərən “Gəncliyin Səsi”ədəbi dərnəyinin üzvü olmuşdu.Halhazırda www.vehdet.org saytının baş redaktorudu.
Əlaqə
E-mail:
edebi-islami.vehdet@yandex.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0335 saniye