NƏ OLAR BİZ OLAQ DÖNÜB BİZ YENƏ
Təbriz İslam tərəfindən "Şeir" bolməsinə 04:23 27 aprel 2012 tarixində əlavə olunmuşdur

NƏ OLAR BİZ OLAQ DÖNÜB BİZ YENƏ

 

Işğal altındadır Vətən torpağı,

Nəğmələr oxunur yaman bayağı,

Nə pis gəlir ordan düşmən sorağı.

Bu işlər çox çətin, çox qəliz yenə.

Nə olar biz olaq, dönüb biz yenə!

 

Vətən oğulları  bəs harda qalıb?

O, ağ buludlar da, yaman qaralıb.

Xarı bülbül isə solub, saralıb.

Ağlayır çox doğma çox əziz yenə

Nə olar biz olaq dönüb biz yenə!

 

Oyanaq yuxudan, yatdıq biz yaman!

Düşmən verməyəcək heç kəsə aman,

Sonra gec olacaq, gedəcək zaman.

Olmayaq düşmənə qul, kəniz yenə!

Nə olar biz olaq dönüb biz yenə!

 

Gəl rusdan, o farsdan kömək istəmə!

Qeyrətli oğullar arxadır sənə.

Dərdini sərini demə düşmənə!

Qalib gəlsin deyə elimiz yenə,

Nə olar biz olaq dönüb biz yenə!

 

Bil səbr kasamız dolub daşacaq,

Igid oğullarsa birdən coşacaq,

O Murov səddini xalqım aşacaq.

Zəfər tarixinə qoyub iz yenə,

Nə olar biz olaq dönüb biz yenə!

 

Nə vaxtadək düşmən bizi pusacaqdır,

O yağı düşmən də, tam susacaqdır,

Yalvarıb-yaxarıb qan qusacaqdır.

Ayaqlar altında çöküb diz yenə,

Nə olar biz olaq dönüb biz yenə!

 

Ürəkdə biz Vətən qəlbəysə cihad.

Allah eşqiylə də çəkib salavat,

Gedek Qarabağa, vətənə rahat!

Ölməyib yaşayır Mübariz yenə.

Nə olar biz olaq dönüb biz yenə!

 

Yüksələn bayraq da enməz bir daha,

Ümidim böyükdür mənim sabaha.

Yenə də, güvənib böyük Allaha,

Vətən deyib çağiriram mən Təbriz yenə.

Nə olar biz olaq dönüb biz yenə!

 

TƏBRİZ İSLAM

31.03.2012


... dəfə oxunub
Qiymət: 7/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
9+26=
Hesaba giriş
Müəllif

Təbriz İslam
Haqqında

Əlaqə
E-mail:
tebriz_islam@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0336 saniye