
Nöqsanlar çoxalır,nöqsanlar artır, 
Gah aşkar,gah pünhan ürəyi yırtır, 
Onsuzda ürəyim əzəldən catdır, 
Düzələn deyil ki,dərinə getsək, 
Nə səndə sevgi var,nə məndə  istək. 
Könül alışar da,könül yanar da, 
Gec-tez ayrılıq da vardı son anda, 
Budur ilahinin qoyduğu qayda, 
Vallah günah olar şikayet etsək, 
Nə səndə sevgi var,nə məndə  istək. 
İnciklik olmasın aramızda gəl, 
Dost kimi qalaraq,dostək sıxaq əl, 
Neyləyə bilərik ,bu da bir qismət, 
Məncə lazım deyil,inciyib küsmək, 
Nə səndə sevgi var,nə məndə  istək.. 
Sanaq bir nağılın sonuna gəldik, 
Enişli -yoxuşlu yolları kecdik, 
Nə Məcnun,nə Leyli biz ola bildik, 
Xeyri yox ürəyi yarıya  bölsək 
Nə səndə sevgi var,nə məndə  istək.
Hər şeydə bir xeyir dedilər vardı, 
Bu da ömrümüzdən xatirə qaldı, 
Külək elə əsdi,aldı  apardı, 
Daha faydası yox peşmanıq desək,
Nə səndə sevgi  var,nə məndə istək 
Daha  aldatmayaq bir –birimizi , 
Pozulmaz qəlblərdən sevginin izi, 
Seymuram, hər zaman deyəcəm düzü,
Etiraf eyləyib  düzünü  desək, 
Nə səndə sevgi  var,nə məndə istək !
Müəllif: Seymur Sönməz