Nə üçün virtual seks? (+18)
Aysel Abdullazadə tərəfindən "Digər yazılar" bolməsinə 14:11 06 noyabr 2015 tarixində əlavə olunmuşdur

Son illərin ən çox danışılan mövzularından biri virtual seksdir. Virtual əlaqələr, uzun davamlı əlaqələrin və evliliklərin bitməsində əhəmiyyətli bir səbəbdir.

Virtual Seks Xəyanət Sayılırmı?

Virtual seks asılısı biri yoldaşıyla ya da sevgilisiylə normal həyatına geri dönür. Yaxşı, yaşanan virtual birlikdəlik aldatma sayılarmı?

Virtual seks boşanma səbəbi...
Edilən bir araşdırmanın nəticələrinə görə, evli cütlərin çoxu, birliklərində tapa bilmədiyi cinsi təmini internetdə axtarır və fiziki bir əlaqə olmadığı üçün internetdə etdiyi seksual aldatma olaraq görmür. Ancaq, yoldaşları üçün eyni düşüncə söz mövzusu olmadığından, cütlərin boşanma səbəbləri arasında virtual seks ilk sıralarda iştirak edir. Psixoloqlar: "İnternet utanma duyğusunu rahatlaşdırar. Kimsə bir-birinin üzünü görmədiyi üçün o biriylə üzləşməz. Qarşısındakıyla əlaqə yaradarkən, yalnız fantaziyalarıyla üzləşər. Orada, yəni internetdə təhrik sonsuz, tükənmişlik də yox. Halbuki gerçək bir cinsi əlaqədə tükənmə var. Çünki həqiqət, başlanğıc və bitmə arasında yaşanar. Həqiqəti yaşamaq isə yetkin ola bilmə tutumuyla əlaqəli" - deyir.

Niyə virtual seks?
İnsan acdığında yemək şəkillərinə baxa bilər və yeməyi yediyini düşünə bilər. Amma, əslində, qarını doymaz. Bax virtual seks də buna bənzər bir vəziyyətdir. Həqiqi mənada həzz yaşanmırŞ əslində. Halbuki gerçək seks, insanı rahatlaşdırır, xoşbəxt edir. Üstəlik, seksin insanı cavanlaşdırıb gözəlləşdirdiyi də artıq elmi bir gerçəkdir. Saçlar və dəri gözəlləşir, gənclik hormonu daha təsirli hala gəlir. Yaxşı, bütün bu faydaları ortadaykən, insanlar niyə fiziki birlikdəliklərdən çox virtual əlaqələri seçirlər? Psixiatr Mustafa Güvəli bu suala belə bir açıqlıq gətirir: "Küçədə gedən birinə ‘Gəl səninlə sevişək' demənin yükü ağırdır. Virtual seksdə isə rahatlıq vardır. Bəzisinin ictimai statusu, bəzisinin dini inancları real mənada aldatmağı qaldırmaz. Virtual seksdə isə məsuliyyət yoxdur. Bir çox gerçəyi kürəyinə almadan virtual aləmdə bunu yaşayar insan."

Hansı kişilər virtual seks edir?

Virtual seks, daha çox kişilərin müraciət etdikləri bir əlaqə növüdür. Ümumiyyətlə, xəbərdar edilmə, sərtləşmə, boşalma problemi yaşayan kişilər virtual seksi tərcih edir. Bu əlaqə formasından elə asılı hala gəlirlər ki, artıq bir virtual seks xəstəsi olurlar. Üstəlik bir yerdən sonra gerçək cinsilikdən zövq ala bilməmə vəziyyəti də ortaya çıxır. Evdə bədbəxt bir adam, yoldaşına da ilgi göstərə bilmir.

Yoldaşınızın virtual seks etdiyini necə anlayarsınız?

Virtual aləm asılısı halına gəlmiş birinin yuxu nizamı dəyişər. Artıq gecələri gec saatlara qədər kompüterin başından qalxmaz. İstifadə etdiyi çat proqramlaşdırmasının arxiv hissəsini davamlı silər. Kompüter istifadə edərkən siz birdən otağına girdiyinizdə təlaşla ekranı bağlayar. Kompüteri tez-tez virus problemiylə qarşılaşar. Sizinlə seks etməkdən qaçınar, köhnəyə nisbətlə çox maraqsızdır. Ev işləri və gündəlik həyatın məsuliyyətlərindən getdikcə uzaqlaşar. Kompüter başında qalma müddəti uzandığından sizinlə zaman keçirmə müddəti çox qısalar. Həftə sonu birlikdə çölə çıxma, uzun yemək zamanları azalar. Həmişə evdə tək başına qalmaq istər, içinə qapanar. Sizi, onsuz çölə çıxmağa razı salmağa çalışar.

Virtual seksdən sonra peşimanlıq və depressiya...

Yalnız kişilər deyil, qadınlar da virtual seks asılısı ola bilirlər. Bunda, kişisi ilə yaşanan təminsiz cinsiliyin təsiri olduqca çoxdu. Nəticədə peşmanlıq, günahkarlıq kimi duyğular bərabərində gəlir virtual aldatmanın. Başda depressiya olmaq üzrə, bir çox psixiatrik sualın da yoldaşlıq edir bu duyğulara. Bir mütəxəssisdən kömək alıb müalicə olmaq qaçınılmaz hala gəlir. Halbuki, həqiqətən toxunaraq, görərək, səsini eşidərək sevişmə və bundan həzz alma; şəfqətli bir toxunuş, qarşılıqlı paylaşma və bir-birini romantik olaraq təmin etmə ilə daha xoşbəxt bir cinsi həyat yaşanacağını unutmamaq lazımdır.

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+22=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0355 saniye