Nə var
Telman Ümman Tircanli tərəfindən "Şeir" bolməsinə 12:54 20 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Fəxr edib söz deməyə, bir də ki, ədaya nə var,
Aşaraq dağ - dərəni coşub gələn çaya nə var. 

Gərəkdir söz mülkündə arif olub söz qanasan,
Bir gərəksiz həşirin saldığı sədaya nə var. 

Haqqı sən görürsənsə həm də əməl etməlisən,
Əməlin yoxsa əgər uydurma xülyaya nə var. 

Yük olma heç bir kəsə, zəhmətinlə ömr elə sən,
Göz yumub yatmaq ilə görülmüş röyaya nə var. 

Mərd olan mərdlik edər, əl yetirər ər kişiyə,
Ümman da yaxşı bilir qeyrətdən gədaya nə var.


... dəfə oxunub
Qiymət: 9/10(997 səs)
[qiymət ver ]
Şərh yaz
9+21=
Hesaba giriş
Müəllif

Telman Ümman Tircanli
Haqqında
AJB-nin üzvü, şair - publisist, "Alabəzək dünya", "Sənə sözüm var", "Qızıl xəzinə", "Ünvanı bəlli sevgi", "Sözün zirvəsinə doğru", "Bir gün görüşərik", "Kaş yanımda olaydın" kitablarının, onlarla məqalə müəllifi, 30-dan çox kitabın redaktorudur
Əlaqə
E-mail:
telman.ramazanov.57@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0201 saniye