Nə vaxtsa səninlə görüşəndə mən
Rahid Zahidoğlu tərəfindən "Şeir" bolməsinə 16:29 27 iyul 2017 tarixində əlavə olunmuşdur

Günəş şəfəq saçır, quşlar uçurdu, Buludlar rəqs edib sanki qaçırdı, Ürəyim sakitcə tup-tup vururdu, Nə vaxtsa səninlə görüşəndə mən. Sözə başlayardın nəğmələrinlə, "Sevirəm" deyərdin şirin səsinlə, Baxardın üzümə gözəl gözünlə Nə vaxtsa səninlə görüşəndə mən İnsanlar həsrətlə baxmasın deyə, Sevgimiz uçurdu hər zaman göyə, Bülbül bəsdələrdi mahnı sevgiyə, Nə vaxtsa səninlə görüşəndə mən. Gəncliyim rüzgartək keçdi yanımdan, Ürəyim partlayıb çıxdı canımdan, Ayın mövcudluğu da çıxdı yadımdan, Nə vaxtsa sənlə görüşəndə mən.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+24=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0259 saniye