Nə yaxşı ki varsan...
Xanım Əliyeva tərəfindən "Digər yazılar" bolməsinə 01:29 16 may 2015 tarixində əlavə olunmuşdur

Nə yaxşı ki varsan cümləsini deyə biləcəyimiz insanlar varmı həyatımıza? Bəzən düşünürəm varmı, yoxmu. Var, sözsüz ki var. Həyatımızı onlarsız təsəvvür etmədiyimiz, hisslərimizin qarşılıqlı olduğu insanlar var bu böyük, eyni zamanda kiçik dünyada. Hisslərin qarşılıqlı olduğunu dəyərkən, mütləq deyil ki əks cinsə qarşı olan sevgi və ya simpatiya nəzərdə tutulsun. Əksinə o qədər güclü sevgilər var və bu sevgilər heç də əks cinsin nümayəndələrinə deyil.
Nə yaxşı ki varsan. Varsan çünki hər səhər gözlərimi açıb, varlığını bilməyim bəs edir mənə. Nə yaxşı ki varsan. Yatarkən belə bilirəm sən varsan, məni sevən, məni olduğum kimi qəbul edən.
Nə yaxşı ki varsan. Lap yanımda olmasan belə hansısa ölkədə, hansısa şəhərdə, hansısa qəsəbə və ya kənddəsən sən. Amma bunun fəri yoxdur. Nə fərqi var əgər eyni səmanı, eyni yeri paylaşırıqsa. Nə fərqi var əgər eyni günəşin şüaları qızınırıqsa, əgər eyni ulduzların işıltısı sevindirir bizi. Əgər gecələr eyni aya baxırıqsa, nə fərqi var?
Nə yaxşı ki varsan. Varlığın sevindirir məni. Arabir səsini eşidirəm, gülüşün sevindirir. Nə yaxşı ki varsan. Eyni oksigendən nəfəs alır, eyni suyu içir, eyni dünyada yaşayırıq. Nə yaxşı ki varsan.


... dəfə oxunub
Qiymət: 9/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
9+9=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0379 saniye