Necə deyim...
Xuraman tərəfindən "Şeir" bolməsinə 19:39 07 fevral 2014 tarixində əlavə olunmuşdur

Necə anladım sizə?
Necə deyim ki, qollarımda, damarlarımda ürkək bir meh var,
Necə deyim ki, gecələr yataqlar dar olur..
Eşitdikcə ağlayanları..
Necə deyim ki, buraxın məni,
Ürəyimdə üsyan var,
Somalidən bir parça..
Necə deyim ki, ümidlərim alovlanır uşaqca..
Axı deyin ki, mən necə deyim,
Sizə yalvaran əllərin qapandığını..
Necə deyim ki, o əllərin məni vurduğunu..
Necə deyim ki, Tanrını unudanlar bəraətlidir..
Ya da..
Yüz Tanrısı olanlar səfalətdədir..
Axı..
Necə başa salım, iki aylıq körpənin oxlandığını..
Yezidə rəva qılan insanların ruhlarını..
Necə susum, susanlara?
Necə barışım sizlə?
Neçə saf su yetər günahlarınıza?
Neçə şəhid yetər torpaqlarınıza?
O qədər mi kardır ürəkləriniz..
O qədər mi, hiss etmir fırtınanı..
Ya da zühurumu gözləyirsən, insanoğlu?


... dəfə oxunub
Qiymət: 9/10(9 səs)
[qiymət ver ]
Şərh yaz
8+8=
Hesaba giriş
Müəllif

Xuraman
Haqqında
Çox da bi şey deyil
Əlaqə
E-mail:
memmedova.xuraman@list.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0235 saniye