Necə sevim...
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 17:14 12 may 2016 tarixində əlavə olunmuşdur

..Necə sevim...
Sənsiz sənli keçir hər ötən günüm,
Bircə an sevinmir pərişan könlüm.
Söylə necə gülüm,necə sevinim,
Səndən başqasını necə sevim mən?

Unuda bilmirəm olub-keçəni,
Şirin gülüşünü,təmiz qəlbini.
De,necə unutsun bu qəlbim səni,
Səndən başqasını necə sevim mən?

Aldı ağuşuna məni qəm,kədər,
Qəlbim sən gedəli ağrılar çəkər.
Deyirəm,ilk eşqim,bəlkə də,gələr,
Səndən başqasını necə sevim mən?

Soyuqdur əvvəlki odlu baxışın,
Mənə təsiri yox qarın,yağışın.
Dilindən düşmürsən dostun,tanışın,
Səndən başqasını necə sevim mən?

31.05.1982.Sumqayıt.Mövlud Ağamməd.

 


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
7+11=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0219 saniye