Necə yaxşı yazıçı olmaq olar? – Markezin məsləhətləri
Vüsal Məmmədzadə tərəfindən "Məşhurlar" bolməsinə 14:05 15 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Məşhur kolumbiyalı yazıçı Qabriel Qarsiya Markez müsahibələrinin birində “Necə yaxşı yazıçı olmaq olar?” sualını cavablandırır. Yazıçı bu sualın cavabında yaxşı yazıçı olmağın sirlərindən danışır:

“Yazıçı olmaq üçün, ilk növdəbə ruhun sağlam olmalıdır. Məhz sağlam ruhlu insan ətrafında baş verən hadisələrdən düzgün nəticə çıxara bilər, hadisələr barədə düzgün fikir yürüdə bilər. Bu məsələdə ikinci vacib amil dünyagörüşü ilə bağlıdır. Yazıçının dünya görüşü nə qədər çoxdursa, onun müraciət etdiyi mövzuların sayı da bir o qədər çox olur. Həmçinin, belə yazıçıların yazdıqları darıxdırıcı alınmır. Dünyagörüşü yaxşı olan yazıçı bir neçə mövzunu paralel nəql etsə, yazısı daha uğurlu alınar. Dünyagörüşünü artırmaqü üçün yazıçı, ilk növbədə tarixi və coğrafiyanı bilməlidir. Tarixi ona görə bilməlidir ki, hər bir əsərdə tarixə səyahət və tarixi hadisələrlə əlaqələndirmə mümkündür. Coğrafiyanı ona görə bilməlidir ki, əsərlərində istifadə etdiyi obyektlərin adlarında səhv etməsin.

Dünya görüşünü artırmağın ən sadə yolu isə kitab oxumaqdır. Yazıçı əlinə keçən hər bir kitabı oxumalıdır. Pis yaxşı, fərq etməz. İstənilən yazıda müəyyən informasiya gizlənir. Şərt deyil ki, kitablar bədii olsun. Hətta, dərsliklərdəki məlumatlar da yazıçının işlədiyi yazıya töhfə verə bilər.

Bundan sonra, yaxşı yazıçı olmaq üçün həyatını səliqəyə salmalısan. Vaxtı tənzimləməyi bacarmalısan. Məsələn, mən özüm üçün 8 saatlıq iş rejimi müəyyən etmişəm. Həmin 8 saatda öz otağımda oluram və yazmaqla məşğul oluram. Bu, yazıçıdan yazıçıya dəyişə bilər. Məsələn, mənim gözəl dostum Xorxe (Xorxe Luis Borxesi nəzərdə tutur) fasilələrlə yazmağı sevir. 5 dəqiqə yazır, növbəti 5 dəqiqədə çay içir, daha sonra həyətə çıxıb insanlarla söhbət edir və qayıdıb yenə yazmağa davam edir. Bu, tamamilə yazıçının özündən asılı bir məsələdir.

Sonda isə, yazıçı yazdıqlarına ilk növbədə özü inanmalıdır. Yazdığı yazı müəllifə soyuq gəlirsə, onu heç kim bəyənməyəcək”.


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
7+5=
Hesaba giriş
Müəllif

Vüsal Məmmədzadə
Haqqında
Bakalavr: Bakı Slavyan Universiteti - jurnalistika // Magistr: Bakı Dövlət Universiteti - radio-tv jurnalistikası // Doktorantura: Bakı Dövlət Universiteti - radio-tv jurnalistikası // Vaxtınız olsa, YouTube kanalıma da baş çəkin. Arabir maraqlı hesab etdiyim mövzulardan danışıram :)
Əlaqə
E-mail:
rossovusal@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0292 saniye