Necədir...
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 08:35 03 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Necədir?

Çatmışam ömrümün yarı yoluna,
Soruşan yox,kefin,halın necədir?
Geriyə baxıram,daşlı-kəsəkli,
Bundan sonra qalan yolun necədir?
****
Məcnun qəm yükünü çəkməyə gəldi,
Bilirdi,zəbanı dərddi,sitəmdi,
Kərəmin dərmanı Yanıq Kərəmdi,
Onu mən gedəndə çalın,necədir?
****
İçimdə insana sevgi,məhəbbət,
Qəlbimdə düşmənə qəzəb və nifrət.
Məndən uzaq gəzir,nədir səadət,
Qəm-qüssədir sağın-solun,necədir?
****
Mövlud çox öyünmə,vaxtın çatacaq,
Əcəl öz atını bir gün çapacaq,
Bilirsən,qəbrini kimlər qazacaq-
Üstündə torpağın qalın,necədir?

8.02.2014 / Zərdabi
Mövlud Ağamməd   


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
1+35=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0418 saniye