Nədən oldu..
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 21:06 05 yanvar 2016 tarixində əlavə olunmuşdur

Qarabağım yad əllərdə,
Belə olmaz,nədən oldu?
Susur,dinmir yad ellər də,
Belə olmaz,nədən oldu?

***
Haray,Şuşa,haray,Laçın
Qız gəlinlər yoldu saçın.
"Düşmən gəlir,durun,qaçın"
Belə olmaz,nədən oldu?
***
Xocalım qan içində gül,
Xankəndin göz yaşını sil.
Kəlbəcərim yetm,nisgil,
Belə olmaz,nədən oldu? 
***
Vətən onu sevənlərin,
Dərdə dərman bilənlərin.
Bəxti qara gələnlərin?
Belə olmaz,nədən oldu?
***
Vətən,hanı ərənlərin?
Babəklərin,Nəbilərin?
Mövlud deyər,düşün dərin
Belə olmaz,nədən oldu?

19.04.2013.Zərdabi.(Mövlud Ağamməd)


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
6+25=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0675 saniye