Bəzən düşünürəm nədir məhəbbət?
Əvvəli hardandır, sonu hardadır?
Bəzən düşünürəm varmı məhəbbət?
Fikirlər daima xəyallardadır.
Sən onu düşünüb həsrət çəkəndə,
O səni düşünüb, yadına salmaz.
Sən onu sevməyib, ondan qaçanda,
O səni düşünər, gecəni yatmaz.
Onun xəyalıyla yaşayanda sən,
O isə özgənin sevgisin gözlər.
Sən onu unudub, uzaqlaşanda,
O səni çox sevər, səni əzizlər.
Yatıb yuxunda da onu görən sən.
O isə bir anlıq düşünməz səni.
Onunçun özünü öldürən də sən
Gözləri gözləyər başqasın yəni.
Sən onu sevməyib düşünməyəndə,
O ki xəyalınla yaşayar ancaq.
Sən onun halına üzülməyəndə
O ki həsrətini daşıyar ancaq.
Sən onun yoxluğun anlamasan da,
O hələ ayrılıq əzabın çəkir.
Sən onun halına ağlamasan da,
O sənin eşqinə göz yaşı tökür.
Sən onun zəngini gözləyən anda,
O da başqasıyla danışar ancaq.
Sən ona məhəbbət bəsləyən halda,
O səni yarıda qoyub qaçacaq.
Sən onu sevməyib, sevsən başqasın
O sənin sevginlə alışacaqdır.
Sən özgə birindən danışan anda,
O ancaq hey səndən danışacaqdır.
O səni sevməyib verəcək əzab.
Sən onu sevəcən sonuna kimi.
Sən ona bir addım yaxınlaşanda,
O səni siləcək tozuna kimi.
Sən ona bir anlıq verməsən könül,
"Mən səni sevirəm, Rizvan" -yazacaq.
Sən başqa bir qıza şeir yazanda ,
O sənə sonluqsuz dastan yazacaq.
Yardımlı (Ərsilə)
25.03.2015
Rizvan Fikrətoğlu