Nəhayət sənin də gözlərin gülər
Sevil Hüseynli tərəfindən "Şeir" bolməsinə 22:25 09 oktyabr 2017 tarixində əlavə olunmuşdur

Sil gözün yaşını, ağlama gəl sən.

Hər şeyi unudub danışıb gülsən,

Bu qara zolaqdan adlaya bilsən,

Göylərdən nur yağar, sevinc tökülər,

Nəhayət sənin də gözlərin gülər.

 

Özün həm ovçusan, həm də şikarsan.

Özün öz əlindən hara qaçarsan?

Nə yaman ümidsiz, dərdli, naçarsan?

İtirmə inamı, xoş günlər gələr,

Nəhayət sənin də gözlərin gülər.

 

Qüssəli gözlərin səbəbi yardı.

Bil ki, hər gecənin sabahı vardı.

Qış uzun olsa da, sonu bahardı.

Bir gün dərd-qəmin də beli bükülər,

Nəhayət sənin də gözlərin gülər.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+27=
Hesaba giriş
Müəllif

Sevil Hüseynli
Haqqında
İxtisas - dizayn mühəndisi, hobbi - astrologiya, ruhən - "ücretsiz sanatçı"
Əlaqə
E-mail:
svqamal@gmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0248 saniye