NƏHAYƏT SEVGİ
Mushfiq Shukurlu tərəfindən "" bolməsinə 20:07 31 dekabr 2012 tarixində əlavə olunmuşdur

            Mənim dünyada ən çox qorxduğum şey nəyisə itirməkdir. Dəyərli kiçik bir əşyadan tutmuş içində sevgi olan təmiz bir ürəyə kimi. Bunlar qorxudur məni.. həyəcanlandırır. Bir də pis şey düşünmək istəmirəm. “ Şər deməsən xeyir gəlməz ” uzaqdır ruhumdan mənim. Bədbinliyi ruhumdan uzaqlaşdırdıqca uzaqlaşdırmaq istəyirəm. Həmişə dumanlı, buludlu bir səhərin arxasında işıqlı bir günəşin olduğunu kiçik bir toxum kimi inancımın dərin köklərinə buraxıram. Ancaq həyatda qaçılmaz nə varki? Bir də nəyisə itirdiyini görürsən. Və buna müvafiq ardınca bədbinlik ruhuna hakim olur. Qaragüruh qüvvələr günəşin yolunu tutmağa çalışır. Ən sonda ümidsizlik o həddə çatır ki, hətta “ qürur abidəsi” insanlar da bu vəziyyətdə əl açmağa məcbur olur. Hətta daşürəkli insanlar belə içindəki lüzumsuz bərkliyi, möhkəmliyi çatlatmaq üçün ilk addımlarını atır. Və sonda yardımlaşmaq... Nəhayət sevgi.

              Fikirləri anlamaq asandır. Hisləri anlamaq isə çətin. Hələ bu hislər düyümlü, kədərli və bir yönü ilə də nikbin ab- havaya bürünübsə olduqca çətin. Bilirəm.. Hislərim bəzən məni də aldadır.. Həqiqəti olduğu kimi göstərmir. Lakin ən gözəl fikirlər, ideyalar təmiz, pak və ali hislərdən doğmurmu? Yaratmaq üçün isə əzablı və keşməkeşli yollardan keçmək qaçılmazdır. Yolların uzunluğu, izdihamı, daş- kəsəyi üstündəkini yormamalıdır. Hərdən görünən zülmət gecələr onu qorxutmamalıdır. Xatırlamalıdır qəlbindəki işığın sönməzliyini. Yıxılarkən sarsılmamalıdır. Unutmamalıdır nəyə söykəndiyini. Çünki.. Çünki yolun sonunda işıqlı bir günəş onu gözləyir.. uğur adlı işıqlarını üzünə səpmək üçün. Və sonda kütlələrin sevinci.. Bu xoşbəxtliyin sahibini unutmayan işıqlı ürəklər.. Vəfa təcəssümlü kütlələr... Nəhayət sevgi.


... dəfə oxunub
Qiymət: 7/10(7 səs)
[qiymət ver ]
Şərh yaz
4+12=
Hesaba giriş
Müəllif

Mushfiq Shukurlu
Haqqında
1994 təvəllüdəm. Jurnalistika fakültəsində oxuyuram.
Əlaqə
E-mail:
mshukurlu@gmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0248 saniye