Nəhəng insan YALANI
Fərid Nietzsche tərəfindən "Elmi məqalə" bolməsinə 10:24 27 iyun 2014 tarixində əlavə olunmuşdur

                      İNSAN SKELETİ YOX, FOTOMONTAJDIR!

Vüsal Məmmədzadə qardaşımızın bir yazısı diqqətimi çəkdi. Oxumamısınızsa,onu oxuduqdan sonra mənim yazımı oxuyun. Çünki bu yazımda bir yanlış anlaşılmanı göstərəcəyə... Nəhəng insan,qara şir, siçana dönən qız və s. kimi saxta,xurafat dolu möcüzə xəbərləri çox olub. Hər biri də insanların saf dini inancından məharətlə istifadə edilərək yazılıb. Bunlardan biri də nəhəng insan sümüyü-Hz. Adəmin skeletinin tapılmasıdır. Xəbər ilk olaraq 2003-cu ildən yayılmağa başlayıb internetde. İlk dəfə Baqladeş qəzetlərinin birində möcüzə adı ilə çap olunmuşdu bu xəbər. Xəbərdə deyilir ki, "dünyaca məşhur neft çıxarma şirkəti olan "Aramko" Səudi Ərəbistanda qazı işləri apararkən nəhəng bir insan skeleti aşkarlayıb. Skeletin Hz. Adəmə məxsus olduğu açıqca bəllidir." Şəkildə də gördüyünüz kimi nəhəng bir insan skeleti üzərində arxeoloji qazıntılar aparılır.....

                                          HƏQİQƏT!

Kanadada Kris adlə bir qrafik ustası yaşayır. O, 2000-ci ildə Nyu-Yorkda keçirilən müsabiqədə şəkildə gördüyünüz qədim mamont sümükləri ilə insan sümüklərini photoshop proqramı ilə sintez edərək "Tarixi anormallıqlar" kateqoriyasında 3-cü yerə layiq görülür.Gördüyünüz kimi qurğular,taxtalar eynidir. Sümüklər böyük ustalıqla montaj olunmuşdur. Yəni, "Hz. Adəm"in skeleti sadəcə fotomontajdır. Bu yazını oxuyub, yenə islamafobiyadan danışılmaması üçün deyim ki, bu hadisənin heç bir məqsədyönlülük tərəfi yoxdur. Sadəcə gənc bir dizaynerin işidir. Hətta Cris deyirdi ki, "mən öldürülməkdən qorxuram. Çünki bəzi radikal islamçılar onların dinini lağa qoyduğumu düşünə bilərlər. Amma mənim heç bir günahım yoxdur. Mən bir qrafik dizaynerəm. Kateqoriyalar var idi yarışmada,mən də onu seçdim. Xahiş edirəm, mənim müsəlmanlarla bir dərdim yoxdur,mən sadəcə fotomontaj etmişəm"... Bununla yanaşı saytda başqa xəbərlər-yazılar da oxumuşam, yadplanetlilər və s. haqda. Onlar haqqında da yazmağı düşünürəm. İnternetdə, kütləvi informasiya vasitələrində belə xəbərlər çoxdur. Onları araşdırmayaraq paylaşmağımız isə vəziyyəti daha da çətinləşdirir. Unutmayın, xurafat,cahillik yalnız elmlə,düşüncəylə məğlub edilə bilər.. Vüsalın yazısındakı elmi "faktlar" kimi bir çox yazılar var saytlarda. Həmin elmi araşdırma bayaqkı skelet faktının üzərinə qurulub. Bilmirəm Vüsal haradan əldə edib bu məlumatı amma belə "elmi araşdırmaların" elmi əsası olmur. Məlumatı "bəzəyərək" onu daha da inandırıcı edirlər. Sensasiyalı,maraqlı xəbərlər olduğundan hamını cəlb edir,insanların inanmasına səbəb olur. Bunlar sadəcə mistik, qəribə, inanılmaz,sirli hadisələrə olan maraqdan irəli gəlir. Hər kəs sirli nəyinsə aşkar olunmasını istəyir. Saytlardakı, xəbərlərdəki belə məlumatları aşkarlayıb ifşa etmək lazımdır ki, yanlış düşüncə tərzi formalaşmasın. İslam dinində də Hz. Adəmin sümüyüyün tapılması,varlığının sübut olunması qəbul edilməzdir. Çünki,o zaman inanan-inanmayan tərəf qalmaz, imtahan deyilən bir şey olmaz. Əgər Tanrı insanları imtahana çəkəcəksə,ortada sübut olmamalıdır. Belə xəbərləri çətin olsa da hər tərəfli araşdırmaq lazımdı. Vaxt darlığı da var anlayıram,araşdırmaq olmur....Vüsal qardışıma da uğurlar. Bədii yaradıcılığını çox bəyənirəm. Amma belə məlumatlar təhlükəlidi,insanı yanılda bilər. Gələn dəfə belə məsələlərdə daha diqqətli,səbrli olacağına əminəm. Uğurlar :)

Bu da çıxan xəbərlər:


... dəfə oxunub
Qiymət: 8/10(8 səs)
[qiymət ver ]
Şərh yaz
5+28=
Hesaba giriş
Müəllif

Fərid Nietzsche
Haqqında

Əlaqə
E-mail:
rustemzade_farid@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0211 saniye