Nəmrudun Xələfləri
Ülfət Cavad tərəfindən "Digər yazılar" bolməsinə 21:03 24 aprel 2015 tarixində əlavə olunmuşdur

İbrahim (ə.s.) Nəmruda Allah inancı haqqında bəhs etdi. Ancaq o rədd etdi və İbrahim (ə.s.) ilə Rəbbi haqqında mübahisəyə girdi. İbrahim (ə.s.) Allah təalanın həm dirildən,həm də öldürən olduğunu dedikdə, Nəmrud da bunu edə biləcəyini dedi. Nəmrud bunu isbat etmək üçün həbsdə olan iki adamı gətizdirir, onlardan birini öldürür, birini isə azad edir. Beləcə,öldürməyə və diriltməyə qadir olduğunu göstərir. Bu dəfə İbrahim (ə.s.): "Allah Günəşi şərqdən doğdurur, bacarırsansa, sən onu qərbdən doğdur!" – dedikdə, o kafir (Nəmrud) donub qalmışdı". (əl-Bəqərə surəsi, 2/258)

Çağdaş zamanımızdakı şeytan xislətli məxluqlar “ustad”Nəmrudu get-gedə kölgədə qoymağa başlayıb.Qul haqqı mənimsənilərək əldə edilən haram zənginlik Nəmruda bənzərlik,Allaha asilik deyilmi? Qan və göz yaşları içərisində qazanılan mal və mülk Yaradana qarşı nankorluq deyilmi? Sibir donuzu kimi gönü qalın,boynu yoğunun sələfi Nəmruddan əksik qalan bir tərəfi yoxdur.Şahı insafsız olan məmləkətin vəzir-vəkilində necə mürvət olar ki? Bu,fani dünyanın ədaləti kələkbaz Ədalət əminin fırıldaq nömrələrinə bənzər:Gah səni əlində oyuncağa çevirər,gah da ki,səni oyuncaq üzünə həsrət qoyar.

Ruhuna his çökmüş,cismi pas bağlamış,bu nankor Nəmrud törəmələrinin haqqa qayıtması çox qəliz məsələdir.Məzlumların haqqına girərək qənimət əldə edən,bu zənginlik səbəbi ilə boş beyinlərini dumanlandırıb Allahlıq sevdasına düşmüş Nəmrudun xələfləri yəqin ki,üzləşəcəkləri dəhşətlərdən xəbərsizdirlər.Sizdən əvvəlkilər də hərisliklə Tanrılıq sevdasına düşmüş,özlərinin sonsuz qüdrət sahibi olduqlarını zənn etmişdirlər. Həyat gəmilərinin bir gün,bir limanda lövbər salacağını anlamadan həyasızcasına,bu axmaq iddialarından əl çəkmədilər. Sürətlə əriyən zaman,bu zavallılara öz yerini gösrərdi: Dar məzar,cansız bədən,cəhənnəmə yönləndirilən ruh və bədəndən geriyə qalan bir ovuc yararsız torpaq. Elə bir torpaq ki,şoranlığından köksündə heç nə bitməz,heç nə göyərməz.Gör,bu Nəmrudun xələfləri nə gündədir ki,müqəddəs torpaq da,bu bədbəxtlərdən üz çevirir.Doğrudan da,sonsuzluğun əzabı bir vəhşətdir...


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
2+16=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0329 saniye