Nənə
Cavidan Hacıyev tərəfindən "Şeir" bolməsinə 21:00 23 sentyabr 2018 tarixində əlavə olunmuşdur

"Qadan alım, bəri gəl" deyir nənə hər kəsə
Kim onun otağının önündən yolu düşsə.
Hər dəfə hər ötənə otağının önündən
Mütləq nə isə deyir "gətir" ya "apar" nənə.
Əvvəllər tez yetirdi nənə sözü yerinə.
Vaxt getdikcə gedirdi sözlər eşitməzliyə.
Sözlərdə ki eynidi "su gətir", "dərman gətir"
"Televizoru gəl yandır, indi serialım gedir".
Nənə sözü daşırdıb hər bir kəsin səbrini:
Nə çətin işmiş vurmaq pultun düymələrini.
Özü edər istərsə, amma çağırır yenə.
Deyəsən qəsdən edir, olub ərköyün nənə.
Getdikcə az edilir nənənin xahişləri.
Hamı nənəyə qarşı günü gündən sərtləşir.
Bir gün də çağıranda nəvəsini yanına
Gəlib çevirsin pultla serial kanalına.
Dözmədi artıq evdə ortayaşlı birisi
(Ona "oğul" deməyə, neynim, dilim gəlmədi).
Hirsləndir ki: "Ay arvad, bəsdir, yığdln boğaza.
Söz deyirsən keçənə otağın qabağından.
Bu qədər daha olmaz. Bezdirmisən hamını.
Görməməkçün sən bizi bağlayımmı qapını?"
Nənə dedi: "Ay oğul, dönüm sənin başına.
Hirslənmə, qurban olum. Əsəb ziyan canına.
Yormaram daha sizi, demərəm daha heç nə.
Həm də ki qoca yaşda kino yaraşar mənə?"
Bağladılar nənəni, bağladılar qapını.
Bir az keçməmiş nənə batırdı üst-başını.
Çağa uşaqlar təki etdi nənə yerinə.
Çünki qorxurdu artıq kiməsə söz deməyə.
Gedənmədi vaxtında ayaqyoluna qarı. 
Çünki artıq qocalıb, tutmur yolu ayağı.
Orta yaşlı birisi otağa girdi yenə
Qarıya qışqıraraq, başladı deyinməyə.
Dözmədi qoca nənə, kövrək dedi sakitdən:
"Böyümütmüşəm, səni də, oğul, əziyyətimlə"
Eşidib coşdu daha ortayaşlı birisi:
"Nə analıq salmısan? Sən Allah daha bəsdi.
Bu iş, bu maşın, bu ev - hamısı əməyimdi.
Özüm durdum ayağa, guya neyləmisən ki?..."
Nəsə deyirdi yenə ortayaşlı həmin kəs.
Ancaq bitdi qarıda artıq yaşama həvəs.
Müharibə, aclıqlar yıxmasa da nənəni.
Onu təmiz çökdürdü "neyləmisən" kəlməsi...

 

...Niyə pis oldun nənə? Görmür oğlun qayğını?
Görmür sənin dərdini, əzabını, haqqını?
Ucadır haqqın, nənə. Ucadır Tanrı kimi
Heç Tanrı da insanın gözünə görünər mi?
Düz deyir oğlun ancaq, çox olmusan mane sən.
Hədər yerə dünyada indi həya gəzirsən.
Mane olma, ay nənə, görmürsən mi məşğuluq?
Öz məşhər odumuza oduncaqlar yığırıq.

 

Cavidan Hacıyev


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+11=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0256 saniye