NƏYİMƏ LAZIM
Rəşad Balakənli tərəfindən "Şeir" bolməsinə 15:55 21 iyun 2016 tarixində əlavə olunmuşdur

           NƏYİMƏ LAZIM

Dostlarım, sağ ikən bilin qədrimi,

Sonra gözlərdə yaş nəyimə lazım?!

Mən ölməmiş saxla xətir-hörməti,

Sonra söyləsən "kaş" - nəyimə lazım?!

 

Qulaq as yazdığım hər bir sətirə,

Qırma könülləri, dəymə xətirə.

Əgər mən aclıqdan getsəm qəbirə,

Qəbrimin üstə aş nəyimə lazım?!

 

İnsana hər gün xoş sözlər deyilsə,

İnsanlar şadlıqla ömrünü sürsə,

Əgər o, ay canım, mənim deyilsə,

Ahu göz, sürmə qaş nəyimə lazım?!

 

Deyin mən sağ ikən mənə rəhməti,

Hər kəsə sağ ikən verin qiyməti,

Allah nəsib etsə mənə cənnəti,

Qızıldan heykəl, daş nəyimə lazım?!

                             Müəllif:Rəşad Balakənli          


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+35=
Hesaba giriş
Müəllif

Rəşad Balakənli
Haqqında
Həvəskar yazar
Əlaqə
E-mail:
alsoinovr@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0435 saniye