Ey səma gözlüm, sənsiz varı neynirəm?!
Atdın məni getdin, dildarı neynirəm?!
Bilməyəcəksən! Necə sevdim səni mən,
Badi-səbam var, ruzigarı neynirəm?!
Hüsnünə aşiq mənəm, yox başqa biri,
Olsan onun, xəyanətkarı neynirəm?!
Bulamadım səndən gözəl, səni görcək,
Getsə əqlim, səbrü-qərarı neynirəm?!
Ey Ramina, eşq nədir, bilirsənmi sən?
Deyir: -Eşqi olmayan yarı neynirəm?!