Nifrət maşını
Susqun tərəfindən "Hekayə" bolməsinə 22:00 18 aprel 2014 tarixində əlavə olunmuşdur

Yenə bir öz düşüncələrimdən ibarət hekayəmi yazacam. Bəzi insanlar mənə bunu irad tutur ki, öz hekayəndə baş rolda olmağın axı nə mənası var? Mənsə baş rol xatirinə yazmıram, öz həyatımın hekayəsini yazıram, çünki bunu mənim üçün kimsə etməyəcək. Yenə düşüncələr beynimdə idi. Bu dəfə həftəsonu idi. Kitablardan oxuduqlarım, filmlərdən izlədiklərim, camaatdan gördüklərim, eşitdiklərim. Hamısı fikir adı ilə şüuraltıma çökmüşdülər. Düzünü desəm dəqiq bilmirdim nə düşünürəm, hansı ideya haqda, hansı məsəl və ya hansı fikir. Düşünürdüm ki, düşünəcək bir düşüncəm olsun...

Şəhərdə gəzirdim özüm üçün. Yenə rəngsiz geyinmişdim, qulaqcıqlarda psixolirika, hüzünlü mahnılar və heyrətamiz jazz musiqiləri əvəzləyirdi bir birini. Gəzərək bəzi şeylərə şahid olurdum. Yolda dilənən kəslər gördüm, bunlar təkcə dilənçilər deyildi. Yolda sevgililər gördüm, bunlar əsl sevgililər deyildi. Yolda yaradıcı insanlar, gördüm, bunlar təkcə sənətkarlar deyildi...

Dilənçilər..Yaş limiti belə yoxdur. 7-dən 77-yə dilənənlər var. A kişi, nəyin ki 7, danışmağı bilməyən, dilimizi bilməyən körpələr. Əl açıb pul istəyirlər. Bizsə 20 qəpik verib özümüzü yaxşılıq etmiş sayırıq... Neçə gələcəyi məhv etdiyimizdən xəbərsizik... Kimlərin problemidi? Valideynlər? Dövlət? Kimin boynuna ataq? Bu dəfə özümüz də görək məsələni... Düşüncələr beynimin sinirləri səhər səkkiz radələrəndəki "dərnəgül qatarındakı sıxlıq" ilə düz mütənasüb idi.

Dənizkənarında sevgili cütlüklərə baxdım, heç yazmaq da istəmirəm, sadəcə iyrəndim sünilikdən. Cəmiyyəti özünə cəlb etmək üçün gitarada "dolya" konserti verən cavanlar, nifrətim artdı. Amma musiqiyə. Beş addımdan bir fotokameralar var. Şəhərin balaca bir hissəsi var ki yalnız bura günü-gündən gözəlləşir və daha yaxşı fotolarda qeyd olunur. İçimdəki fotoqraf ruhunu çağırdım, dedim bunlar kimi olmaq istəyirsən? Ancaq rəngli şəkillər? Bəs vicdan necə fotolarda düşür?... Hansı effektə ifadə edəcəksən? Bu gerçəklər? Yox fotoların ya ölçüsü, ya da müddət ölçüsü kiçikdir vicdan üçün...

Velosipedlər olan yerə gəldim.. Hava yaxşı olanda xoşlayıram tək velosiped sürməyi. İlk dəfə bura gələndə buranı fərqli gördüm. Bakı küləklər şəhəridi. Deyəsən bu küləklər də buranın "havasını" dəyişmişdi. Qaqaşlar velosipedlə qızların dalınca düşür. Elə bil qız dayanıb nömrəsin verəcək... Soyudum bu doğma yerdən...

"Qız tutmaq" ideologiyası. Mənim doğmalığımdan uzaqdır. Mənə doğma olan yerləri, doğma insanları bu ideya işğal edir. Sanki dünyada edəcək iş yoxdur.
Bu hərəkətinə görə oğlanları pisləmək düz olmazdı. Bəzi qızlar belə şeyləri sevdiyindən, bu ideya yaşayıb, yaşayacaq...

Yenə "po bratski 20 qəpik" istədilər... Təsəvvür eliyirsiz, 2014-cü ildə. İnkişafdayıq axı biz. Özdə analoqu olmayan. Avropa olimpiyadasına hazırlaşır şəhər. 2012 Avroviziya ərəfəsində olanlar təkrarlanır. Xaricdən xaricilər üçün dəyişir Bakı. Mənsə sadəcə nifrət edəcək şeylər görürdü... Nifrət maşınına dönmüşdüm....


... dəfə oxunub
Qiymət: 9/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
6+5=
Hesaba giriş
Müəllif

Susqun
Əlaqə
Tel.:
+994515138413
E-mail:
ehmedlikenan@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0229 saniye