Nisgil
Gulara Salımova tərəfindən "Şeir" bolməsinə 17:19 10 avqust 2017 tarixində əlavə olunmuşdur

Nisgil

Sağalmaz yaranam  mən sənin

Qəlbdə nisgilin.

Baş ağrınam hərdən

Bəzən  nəfəs tutulmaların.

Naməlum hislərinin sahibəsi.

Nə sevmirsən

Nə də söküb ata bilmirsən sinəndən .

Hər küçən  adımla   bağlı

Hər addımda yadındayam .

İstəsən də  unutmağı

Unutma ki,bacarmazsan.

Qəlbində nisgiləm sənin

Əlin çatmaz,ünün yetməz

İnan məni unutmağa

Sənin ömrün yetməz.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
1+12=
Hesaba giriş
Müəllif

Gulara Salımova
Haqqında
18.11.1994 - writer. Yazıçılığa kiçik yaşlardan başlamamışam.Başqa yazıçılar kimi fəxrli,qürurlu bir bioqrafiyamın olduğunu düşünmürəm.Gecəsini,gündüzünə qatan,şərəf lövhəsində yerini alan ,”ana” ,” vətən”kimi şablon mövzularda yazan ,uğurlu bir təhsil həyatı olan şagird,insanların sevimlisi olmamışam. Lakin,bədii kitablara daha çox vaxt ayırmış,onları tədris kitablarından daim üstün tutmuşam.Hər kitab bir həyat olub mənim üçün.Hər dəfə yeni bir həyatla tanış olmuşam . Oxumağa,öyrənməyə,yeni biliklər əldə etməyə çalışmışam hər zaman. Yazmağa 19 yaşımda başlamışam.İlk yazdığım “ İntihar” başlıqlı qısa bir dialoq olub. Yazmaqda məqsədim qaranlıq qalan məsələləri işıqlandırmaq , daha geniş kütləyə çatdırıb bir həll yolu tapmaqdır .İnsan , xüsusəndə qadın bədbəxtçiliyinə diqqəti çəkmək istəyirəm.
Əlaqə
E-mail:
pink.rain_94@list.ru
Sosial şəbəkə:
Facebook
Tərəfdaşlar
Facebook
0.0286 saniye