Sənsiz necə dözsün bu ürək?
Sən yanımda olasan gərək
Səni sevdiyimi bilərək
Niyə qırdın bu ürəyimi?
Səni de necə unutmaq olar?
Sənsiz hər yer mənümçün dar
Mən sənə etmişdim etibar
Niyə qırdın bu ürəyimi?
İnanmıram daha heç kimə
Bunları mən yazmışam sənə
Sən girmişdin bu ürəyimə
Niyə qırdın bu ürəyimi?
Sənin yerin ürəyimdədi
Dünyada gözəllik səndədi
Sənə dedim sevgim əbədi
Niyə qırdın bu ürəyimi?
Sənsizlikdən ağrıyır canım
Pessimist ola bilməz halım?
Sənə var mənim bir sualım
Niyə qırdın bu ürəyimi?