Sən vicdanımın qırılma nöqtəsi..
Daha alçaqdan baxa bilməzdin mi, yuxarılara?
Nifrətini tökə bilməzdin mi, uzaqlara?
Ağladığın hər qadının başdaşında bir az daha ölmədimi ruhun?
Küçələrə boşaltmadın mı qəlblərini?
Neçə payız keçdi hisslərinin üstündən?
Neçə dəfə kimsəsiz qoydun kimsələri qəbrində?
Daha yoxluqdan baxa bilməzdin mi, boşluğa?
Kiçildib acıları..
Gülüşünü sonralara saxlamaq ..
Sən kimliyim yox olma nöqtəsi..
Daha uzaqdan baxa bilməzdin mi, iztirablara?
Niyə bu qədər ağlayırsan, balacam..?
Qorxma..
Gəmi sahildə güvəndədir,
Amma yeri rahat deyil..
Ağlama..
Qadınlaşan duyğuların niyə belə acı qoxur?
Niyə gülüşünü göstərmirsən sancılara?
Burax saçlarını dağıtsın külək..
Burax aparsın uzaqlara cənnət qoxusunu..
Burax ağlasın uzaqlar orda yoxsan deyə...