NİZAMİNİN PORTRETİ NECƏ YARANIB?
Aysel Abdullazadə tərəfindən "Maraqlı məlumatlar" bolməsinə 13:09 05 dekabr 2015 tarixində əlavə olunmuşdur

Bu şəklin dahi Azərbaycan şairi N. Gəncəviyə aid olduğunu hamı bilir.

Amma şəkildə təsvir olunan şəxs həqiqətən Nizami Gəncəvinin özüdür? Əgər özüdürsə, belə olan halda başqa suallar da ortalığa çıxır ki, bəs elə isə XII əsrdə bu şəkli kim çəkmişdir və bu şəkil dövrümüzə qədər necə gəlib çatmışdır?

Tarixçi Araz Vəliyevin araşdırmasına görə, 1939-cu ildə Azərbaycan SSR Mərkəzi Komitəsi tərəfindən Nizami Gəncəvinin 800 illik yubileyinin keçirilməsi qərara alınmışdır. Amma bu yubileydə N.Gəncəvini əyani surətdə canlandıracaq hər hansı bir şəkil yox idi. Belə olan halda müsabiqə elan olunur. Tarixçilər, ədəbiyyatşunaslar, rəssamlar işə cəlb olunurlar və Nizami Gəncəvinin portreti çəkilir.

Nizamişünas Yevgeniy Bertels, filosof Heydər Hüseynov, ədəbiyyatşünas Həmid Araslı Nizaminin xarici görünüşünün təxminən necə olduğunu dedikdə, dahi bəstəkar Üzeyir Hacıbəyov belə bir ideya irəli sürür, təklif edir və deyir: - “Ağcabədidə siz dediyiniz parametrlərdə və sifət cizgiləri tam uyğun gələn bir axund var, onu tanıyıram”.

Həmin axundu Tarix və Diyarşünaslıq Muzeyindən alınmış geyimlərlə geyindirdikdən sonra Qəzənfər Xalıqov həmin axunda baxaraq Nizami Gəncəvinin portretini yaradır və müsabiqənin qalibi olur. Beləcə dahi şair N. Gəncəvinin o gündən bu günədək hər yerdə istifadə olunan portreti yaranır.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+18=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0312 saniye