Nobel mükafatına aid maraqlı faktlar
Ülfət Cavad tərəfindən "Maraqlı məlumatlar" bolməsinə 20:21 04 mart 2016 tarixində əlavə olunmuşdur

 1895-ci ildə təsis edilən Nobel Mükafatına layiq görülən yazarların böyük qismi kişilərdir. 1901-2014-cü illərdə 107 yazar bu mükafata layiq görülüb ki, onlardan yalnız 13-ü qadın olub. Bu mükafata layiq görülən ən gənc ədəbiyyat yazarının isə 42 yaşı olub. Rudyard Kiplinq “The Jungle Book” kitabına görə bu mükafata layiq görülmüşdü. Ən qoca laureant isə 2007-ci ildə bu mükafatla təltif olunub, 88 yaşında ikən. O Dorris Lessinqdir. Nobel Mükafatının təsis edilməsinin də çox maraqlı tarixçəsi var. Belə ki, Alfred Nobelin qardaşı Lüdviq Nobel dünyada çox böyük nüfuz qazanır. Artilleriya topları və mərmilər, sualtı mina və torpedolar, habelə yüzlərlə  hərbi və mülki məhsullar, mexanizm və sənaye aparatları istehsal edən Lüdviq qardaşları Alfred və Robertlə birgə qısa bir zamanda Rusiya və Avropanın neft çıxarılması, emalı və nəqli üzrə ən böyük şirkətinə çevrilən “Nobel Qardaşları” (“Branobel”) qururlar. Rusiyaya metrik sistemi də Lüdviq Nobel gətirir. O, 1888-də Peterburqda vəfat edir. Qardaşı dünyasını dəyişən ərəfədə Alfred Nobelin də səhhətində müəyyən problemlər ortaya çıxmışdı. Sanatoriyada müalicə olunarkən onun əlinə belə başlıqlı bir qəzet keçir: “Qəddar Ölüm Taciri Alfred Nobel Peterburqda dünyasını dəyişdi”. Jurnalist qardaşları səhv salaraq belə yazmışdı, onun bu xətası isə Nobel Mükafatının təsis olunmasına səbəb oldu. Alfred bu qəddar adı üzərindən götürmək üçün sülhpərvər bir mükafatı – Nobel Mükafatını təsis edəcəyini qət edir.


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
9+9=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0282 saniye