Nostalji
Mərdan Əzimov tərəfindən "Digər yazılar" bolməsinə 21:23 14 avqust 2014 tarixində əlavə olunmuşdur

İndiyə kimi yadımdadı, orta məktəbin 3-cü sinifində oxuyurdum. İbtidai orta təhsil tədris edən bir məktəb idi, 1-ci sinifdən 4-cü sinifə kimi orda keçirdin sonra isə orta təhsil verən məktəbə yollanırdın. Məndə də elə olacaqdı.

 Bizim məktəbə də hər həftə “Azərbaycan Pioneri” qəzeti gəlirdi (adı tam yadımda deyil, nə də olmasa 10 il keçib üstündən, amma məncə adı belə idi – M). Uşaqlardan hamı o qəzeti almasa da mən alırdım, içində maraqlı yazılar, şəkillər, şeirlər olurdu. Onu da almaqçun 3 Məmməd Əminimdən keçirdim. Alıb gətirirdim evə. Xoşuma gələni oxuyurdum, şəkillərə bığ, saqqal çəkirdim, beləcə qəzet yavaş-yavaş gözümdən düşürdü və olurdu soba yandırmaqçun bir vasitə…

O qəzeti aldığım ilk günlər çox sevirdim. Ümmmiyyətlə çox sevirdim, hər tirajını alırdım. Həmdə orda yazısı, arzusu, istəyi, xahişi çap olunan uşaqlara bir növ paxıllıq çəkirdim. Bəzən özüm-özümlə qalanda “Niyə mənim yazım orda yoxdu” deyirdim…

Jurnalist ailəsində böyürdüm, evdə puldan, var dövlətdən çox vərəq, qələm, işlənmiş və məktub zərfləri olurdu.Bir gün cəsarət topladım, məktub yazıb qəzetin arxasında olan ünvana göndərəcəm dedim və yazmağa başladım. Məktəbimizdən, şerdən yazdım, şəkildən çəkdim qoydum zərfə. Zərfin ağzını bərk-bərk qapayıb sabah keçəcəyim dərsliyin arasına qoydum. Gecəni heç yata bilmirdim, sabah ən sevdiyim qəzetin redaksiyasına məktub göndərəcəkdim. Xoşbəxt idim, sevincimin həddi-hüdudu yox idi. Nəhayətində yuxu məni nə vaxt cənginə alıbsa bilmirəm, amma gözəl yuxu yatmışam.

Həmin gecənin sabahı, saat 8-ə qalır, zərif ana əllərinin sirkələnməsi ilə yuxudan ayıldım. Əl-üz yumaq, dişləri fırçalamaq, geyinmək və dərsə hazır vəziyyətdə olmaq. Birazda səhər yeməyi yeyib evdən çıxmaq. Evdən çıxmışdım, məktəbə doğru gedirdim. Məktubum kitabın arasında, kitabım çantamda, çantam belimdə idi. Az getdim çox getdim, dərə təpə düz getdim, axırda gəldim çatdım poçtun qabağındakı yaşıl məktub qabına. Boyum balac idi, amma bir cür atdım zərfi məktub qabına. Sevinərək getdim dərsimə. Amma məktubu yazdığımdan, poçt qutusuna atdığımdan heç kimə heçnə demədim. Həmdə qutuya atanda sağ, soluma da baxmışdım ki, məni məktub atanda heç kəs görməsin.

Məktubu qutuya atdığımdan çoxluca vaxt keçmişdi, hər qəzet gəlincə də alırdım bəlkə məktubumuda dərc edərlər deyə. Amma gözlərim yollarda qaldı…  Nə məktubum dərc olundu, nə də ki, cavab gəldi.

Bir müddət keçmişdi. Artıq etdiyimi etiraf etmək məcburiyyətindəydim. Qala bilmirdim. Atama etiraf etdim, məktubu yazdığımı göndərdiyimi dedim. İlk soruşduğu “məktubun üstündə marka var idim?” sualı oldu. Marka nədi deyə təəcüblə soruşdum. Bütün poçt sistemini anlatdı mənə. Çox böyük səhv etdiymi anladım. Kaş ki, kimnənsə məsləhət alardım, uşaq başa iş gördüm sonu da belə oldu. Hələ də o məktubumun ünvana çatmamasına, poçt işçisinin kobud əllərində çırılıb, lazımsız bir vərəq parçası kimi atılmasının əzabı məhv edir məni…


... dəfə oxunub
Qiymət: 5/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
8+13=
Hesaba giriş
Müəllif

Mərdan Əzimov
Haqqında
Mən Əzimov Mərdan Ələddin oğlu 1994-cü ilin iyul ayının 29-da Cəlilabad rayonunun Alar kəndində anadan olmuşam. Elə doğulub boya başa çatdığım kəndin keçmiş Tarqulu Bayramov, indiki Heydər Əliyev adına olan Alar kənd 1 saylı orta məktəbini bitirmişəm. Jurnalist, şair, publisist ailəsində böyüyüb ədəbiyyatçıların ətrafında böyümüşəm. Yazar deyiləm, ara da yazı yazıram. Memarlıq və İnşaat Universitetinin 3-cü kurs tələbəsiyəm.
Əlaqə
Tel.:
0555579595
E-mail:
mardan.azimov@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0284 saniye