Növbə gəlib kimə çatdı....
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 14:55 07 yanvar 2015 tarixində əlavə olunmuşdur

NÖVBƏ GƏLİB KİMƏ ÇATDI...

Növbə gəlib kimə çatdı,
Kim dayanıb axırıncı?
İki yerə parçalandı,
Cənuba gedir bir ucu.
***
Bir tərəfdən ermənilər
Bizə xeyli verdi zərər.
İçəridən kim gəmirər
Zərbə vurar sarsıdıcı?
***
Yolunda can qurban oldu,
Analarım saçın yoldu.
Açan güllər vaxtsız soldu
Od vurdular yandırıcı.
***
Gücüm çatmır qışqırmağa,
Qanmazları qandırmağa.
Bizi yerdən qaldırmağa
Kran lazım qaldırıcı?
***
Vətən namus,Vətən qeyrət,
O veribdir bizə nemət.
Mövlud,zəfər bizim,əlbət,
Ümidim inandırıcı.

26.05.2013.Zərdabi.(Mövlud Ağamməd)      


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
2+23=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0377 saniye