Növbə
Afig Huseynov tərəfindən "Hekayə" bolməsinə 12:53 02 may 2014 tarixində əlavə olunmuşdur

2  ilin söhbətidir.Telefon qovşağına abunə haqqı ödəmək üçün getmişdim.Fasilə yenicə bittiyi üçün  növbədə çoxlu sayda adam var idi.Hamı gözləyir ki,nə zaman insanı hövsələdən çıxaran  növbəsinin sonu gələcək.Arxamda 37-38 yaşlarında çox xoş görkəmli  bir qadın dayanmışdı. Bu zaman onun mobil telefonuna zəng gəldi.Xanım telefonu açdı,bir neçə saniyə yəqin ki , qulaq asdıqdan sonra etiraz dolu söhbətinə başladı-bax,sakitləş,isterikanı qurtar!Mən sənə nə dedim?! Səni bir dəqiqə də yalnız qoymaq olmaz!

Növbədə duranlar istər istəməz qadının danışıqlarına diqqət yetirməyə başlayaraq,ona tərəf baxırdılar.

Bəsdir!Qurtar!Sən  qışqıraraq ayaqlarıni yerə döyəcək yaşda deyilsən!Bax mən bir azdan gələcəm və onda mən sənə gününü göstərərəm!

Qadına qulaq kəsilənlərin gözlərində bir anlaşilan razılıq hissi oxunur-bəs necə,ana şənbə günü istirahət etmək əvəzinə,növbələrdə əziyyət çəkir,uşaqlar nə başa düşürlər ki...

Xanım get gedə təbdən çıxmağa başlayır və birdən dəlicəsinə qişqıraraq-Sən axı uşaq deyilsən,sənin 41 yaşın var!!!

Növbədə dayananlardan içi mən qarışiq bir gülüşmə qopdu ki...

Ən maraqlısıda o idi ki, ancaq növbədə duran kişilər hay küylə gülürdülər,qadınlar isə  sadəcə  gülümsəyirdilər...


... dəfə oxunub
Qiymət: 8/10(20 səs)
[qiymət ver ]
Şərh yaz
2+11=
Hesaba giriş
Müəllif

Afig Huseynov
Haqqında
Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini 1978 ci ildə bitirmişəm.
Əlaqə
E-mail:
afiq@box.az
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0236 saniye