O, bir homoseksual qız idi
Cahan Əhmədov tərəfindən "Esse" bolməsinə 23:41 24 may 2017 tarixində əlavə olunmuşdur

Homoseksual olmaq günah deyil. Günah olan homoseksualın vicdansız olmasıdır. Onun üçün də problem homoseksual olub, olmamaq da deyil. İnsanın ən pisi vicdansız olan növüdür. Heç kim, heç nədən siğortalanmadığına görə səhərsi günün kimin üçün nələr gətirəcəyini bilməyərək yaşar insan. Aşiq olar. Bədbəxtçiliyin nökəri olan insan hər bir şey də olduğu kimi aşiq olarkən də kimə aşiq olacağının qərarını özü vermir. Aşiq olmağın qərarını kim nəyə ? kimə ? görə verir bu heç kimə bəlli olmur, onsuz da. Aşiq oluruq. Sevirik, sevilirik. Sevirik, sevilmirik. Sevilirik, sevmirik... Çox müəmmalı olan bu eşq həyatı hər kəsin başına bir cür oyun açır. Üstəlik homoseksual bir qıza aşiq olmaq, oğlanın bədbəxtçiliyə "bekarçılıqdır, gəl mənimlə məzələn..." deməsinə bənzəyir. Biraz həssas olan insanlar hər zaman deyir ki, sevgi nə yaşanmasından asılı olmayaraq gözəldir. Elə həssas insanların ayağına daş bağlayıb, dənizə atmaq lazımdır. İtib, batsınlar. Yox, olsunlar. Gör necə bərbad bir təffükkürə malik olasan ki, elə düşünəsən. Bir çox homoseksualların tez-tez səsləndirdiyi bir şüar da var ki, "Tanrı hər kəsi yaratdığı  kimi sevir..." Açıqcası tam əminliklə deyə bilərəm ki, tanrı bəzi insanların vicdansızlıqları qarşısında şok yaşayır. Bu nə cür bir yaratıqdır deyə gecə-gündüz düşünüb də bir qərara gələ bilməməsinə çox təəccüblənir. Tanrını da çox gözəl anlayıram. 

   İnsan bəzi şeylərin səhv olduğunu bilməsinə baxmayaraq, səhvinə yenə də davam edir. Sonunu düşünmədən. Aldadıldığını düşünmədən. Öz səhvi özünün o, qədər xoşuna gəlir ki, səhvinin nəticələrini və öz mənliyini düşünə bilməyəcək vəziyyətə gəlir. Sevdiyi qızın homoseksual olmasını, başqa qızlarla intim münasibət də olmasını heç düşünməz. Daha doğrusu düşünər, önəmsəməz. Və ən əsası " qızlarla olsun, əsas oğlanlarla münasibət də olmur ki..." düşüncəsinə aldanar. Homoseksual qızın aldadmasına baxmayaraq özü də özünü qəddarcasına aldadar. Beləliklə xoşbəxt olar. Xoşbəxt olmaq üçün aldadılmağı gözə alan o, qədər insan var ki. 

  Üzünün  gülməsi xoşbəxt olması üçün çalışarsan. Bütün mənliyini ilk öncə özün sonra da o, tapdalayıb, əzzəsə də, yenə də bezmədən mənliyinlə sevərsən. Hər anını onun yanında keçirtmək, gözlərinə baxıb, həmən qızı dünyanın bütün pisliklərindən qorumaq istərsən. Tanrının lənətindən çox ondan ayrılmaqdan qorxarsan. Əslində o, qıza hiss etdiyin sevgin sənin tanrına çoxdan çevrilmişdir. Çünki, təkcə onu dinləyib, onu tanıyırsan. "Dünya bir yana, o, bir yana..." dedikləri var ya, bax elə bir şey. 

  Homoseksual qızın səhv etdiyini, aldatdığını bilərək sevər, oğlan. Digər tərəfdən homoseksual qızında oğlanın onu sevməsi xoşuna gəlir. Bu da bir başqa bədbəxtçilik. Hər baxımdan aldadılmaq. Niyə xoşu gəlməsin axı. Pul qarşılığında oğlanla intim münasibət də olur, hər bir intim münasibətdən öncə də "bunu təkcə oğlan səninlə, edə bilərəm..." yalanını da oğlanın gözünə baxa-baxa satırdı. 

  İnandı. İnandı. Hər şeyə inandı. Çünki, sevirdi. Hər bir insan acizdir, çox sevdiyin də. Sevdiyi qızın homoseksual olduğunu bilməsinə baxmayaraq, həmən qızın başqa qızlarla intim münasibət də olduğunu bildiyinə baxmayaraq. Oğlan səhv etdiyini bilmədən həmən qızla ailə qurmaq istəyirdi. İndilər də isə yolda gördüyü hər dilənçiyə o, qızın şərrindən oyanıb, qurtulduğuna görə nəzir vermədən keçib, yoluna davam etmir. Təkrar: Buna görə homoseksual olmaq günah deyil. Günah vicdanlı olub, olmamaqdır. 

   İnsan nə qədər saf olursa, olsun aldadılmaqdan bezir. Mütləq bezir. Amma sonra  hər nə yaşamansından asılı olmayaraq, sevgi gözəldir zad kimi fikirlər söyləmir. Qəti söyləmir. Peşman olur. Peşmançılığı da bəzi insanlara layiq olduqlarından çox dəyər verməsi olur. Heç bir dəyərə layiq olmayacaq birinə dəyər vermək, bax bu çox pisdir. Diqqətli olmaq lazım. Çalışmaq lazımdır ki, insanlara layiq olduqları dəyəri verək. Layiq olmayana da verməyək. İstər homoseksual olsun, istərsə də nə olursa, olsun...

  "O" kitabından kiçik bir parça


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
6+26=
Hesaba giriş
Müəllif

Cahan Əhmədov
Haqqında
- Yazar - "O" kitabının müəllifi... - “Kimisə bu dünya da günahlandırmaq ən asan olandır. Baxmayaraq, günahlandırmaq üçün bir çox səbəblər var. Lakin bəzən səbəblər də haqsız olur.”
Əlaqə
Tel.:
+994553124892
E-mail:
cahan.axmedov@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0287 saniye