O dünyaya gedər olsam, dərdimə tən olan varmı?
Saçın yolub mənim üçün ağı ötən olan varmı?
***
Məzarıma gəlib hərdən,xatırlayıb keçənləri,
Qəbir daşım qucub,öpüb,üstüm örtən olan varmı?
***
Həyat mənə sınaq oldu,çəkən bilər, əzabını,
Mənim kimi bu həsrəti sona yetən olan varmı?
***
Daşın üzü soyuq olar,çəkər torpaq qəmi,dərdi.
Ürəklərdə qalan adın izi itən olan varmı?
***
Bu dünyada təkəm deyib qəmə düçar olan Mövlud,
O dünyada sakin olub dərdi bitən olan varmı?
19.05.2014.Zərdabi.Mövlud Ağamməd.