O gedər, sən unuda bilməzsən...
Aysel Abdullazadə tərəfindən "Esse" bolməsinə 19:01 12 noyabr 2015 tarixində əlavə olunmuşdur

Bir qadın getmək istəyirsə, saxlaya bilməzsən onu. Beyninə yerləşdirib artıq getməyi. Necə qapanmaz yaralar, necə acılar vardır ki, heç bir şey onun üçün məlhəm olmaz. Getməkdir tək istədiyi. Əslində, getmək istədiyi özüdür. Əgər tez və zamanında anlasan, uzaq dur, burax getsin.

Bir qadın getməmək üçün çox səbr edər. Gözləyər... Beyninə yerləşdirmişsə getməyi, gözlənilməyən bir zamanda gedər. Heç sorğulama, anlaya bilməzsən. O da, zatən, anlamağın üçün səy göstərməz. Sadəcə gedər. Sənin axtarışlarını, onu görmək arzularını bir saldırqanlıq, əl çəkməzlik kimi zənn edər. Bütün qapılar bağlanmışdır artıq sənin üzünə. Sadəcə getməkdir istədiyi, burax getsin.

Hamımız üçün çox çətin bir qərardır getmək, bir kişinin normalda etdiyi də olsa, yüz ölçüb bir biçdiyi, çox düşündüyü və çözdüyü bir problemdir getmək. Amma bir qadın gedirəm deyirsə, düşünməz, çəkiyə almaz sonrasını, əhv etməz, sadəcə gedər. Harda, necə, hansı biçimdə olmağınızın heç bir önəmi yoxdur artıq.

Bəlkə bir iş dönüşü, bəlkə bir yemək masası ya da nikah masası... Ona görə deyirəm ki, bir qadın getmək istəyərsə, bunları düşünməz.

Bizim üçün getmələrdən əldə olunan nəticə, özümüzə gəlməyimizi sağlasa da, üzrlər, əhv diləmələr olsa da, önəmi yoxdur. Gecikmisən... Ya da "gecikdin" deyər və məsələni uzatmaz. Əslində, heç bir şey üçün gec deyildir.

Nə qədər çalışsan da, artıq əhəmiyyət kəsb etməz. Gedə biləcəyi ən uzaq yer haradırsa, oraya gedər.

Ürəyinə daş basar gedər.
Sevgisini basdırıb gedər.
Ağlayar gedər.

Sən sadəcə yırtılmış bir şəkildə yer alarsan, o şəkil ki, artıq külə dönmüşdür.

Bu üzdən, bir qadın getmək istəyirsə, buraxın getsin. Əslində, getmək istədiyi siz deyilsiniz, özüdür.

Bəlkə bir gün heç getməmək üzrə gələr, səbr edə bilərsiniz mi?

Hər səhər radiodakı mahnılar xatirələrinizi canlandırar. Geyindiyiniz köynəyin düymələrini özünüz ilmiklədiyinizdə anılar səhnələşər, işdə qəhvə ilə siqaret ikilisi boğazınızda düyünlənər. Və Bakı bütün yaşanmışlıqlarınızı albom şəklində hər gün önünüzə sərər.

O gedər, sən unuda bilməzsən...


Hazırladı: Aysel Abdullazadə

 

 

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+29=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0323 saniye