O gülü özümə dərmək istədim,
İstədim,dərmədim,dərə bilmədim.
Yolunu hər zaman,hər an gözlədim,
Gözlədim,görmədim,görə bilmədim.
****
O gülün qönçəsi tazə tər kimi,
Ətrindən doymazsan,bir ənbər kimi.
Oduna yanmışam səməndər kimi,
Alışdım,sönmədim,sönə bilmədim.
****
O gülün yanağı lalə-bağrı qan,
Yolunda can qoyub keçərəm candan.
Əhdimə sadiqəm,dönmərəm ondan,
Mövludam,dönmədim,dönə bilmədim.
27.07.2014.Zərdabi.Mövlud Ağamməd.