...O gün, o adam qızın həyatını dəyişdi (5-ci hissə)
Aysel Abdullazadə tərəfindən "Hekayə" bolməsinə 00:50 12 oktyabr 2015 tarixində əlavə olunmuşdur

...Səhər açılmış, günəş meşənin dərinliklərinə yayılmışdı. Qız yuxudan oyanıb yanında adamın, hələ də, yatdığını görər. Yerindən qalxıb çölə çıxan qız günəşin şəfəqləri altında meşədə dolaşmağa çıxar, dünən axşam adamla getdikləri yerə gedər, uzaqdan görünən yola baxar.

Bir saat zaman müddətində gəzərək yenidən evə qayıdar. Qayıtdığında adam hələ də oyanmamışdı. Yaxınlaşıb səslənərək onu oyatmağa çalışar. Adamı asta səslə çağıraraq oyanmasını istəyirdi. Lakin adam elə dərin yuxuda idi ki, qızın çağırışlarını duymurdu. Qız bir az qorxmuşdu. Heç vaxt belə dərin yatan adam görməmişdi. Hətta bir ara adama nəsə olmasını belə ağlından keçirdi. Adamın çiyinlərinə toxunaraq oyatmağa başladı. Bu da fayda vermədi.

Səssiz halda divanda əyləşən qız özlüyündən nə vaxtsa oyanar deyə düşünüb saata baxdı. Vaxt günortaya yaxınlaşırdı. Birdən adamın telefonuna zəng gəldi. Adam qəfildən zəngin səsinə yuxudan ayıldı. Qız sevincək halda adama yaxınlaşdı, "oyanmırsan, günorta olub artıq, bəs, biz meşəni gəzəcəkdik” deyib, adamın üzünə baxdı. Adam oyandı, telefonu ilə səhər yeməyi sifariş etdi. Birlikdə təzə dəmli çay içib, səhər yeməyi yedilər. Sonra bir az ətrafı dolaşdılar.

Yaxınlıqda balaca göl kimi su axan yer var idi. Suyun ətrafında gəzdilər, qızın boyu adamdan balaca idi. Gəzərkən qız bardyorun üstünə çıxıb adamın boyuna yetişmək istəyirdi. Adam qızın əlindən tutub bardyorun üstündə yeriməsinə kömək edirdi. Artıq günortadan keçirdi, evə qayıtdılar. Söhbət etməyə başladılar.

Adam qızın saçlarını oxşayıb, üzünü ovucları arasına almışdı. Uzanmışdılar, qız üzünü adamın çiyninə söykəmiş utanarcasına, sadəcə, danışdıqlarına qulaq asırdı. Adam qızın üzündən öpər, onu qolları arasına alıb möhkəmcə sarılar. Qızın kiçik vücudu adamın köksündə idi. Ürək döyüntüləri aydın eşidilirdi. Adam qızı daha çox öpməyə başladı, qızın başını əli ilə yuxarı qaldırıb gözlərinə baxar, sən hardan belə ürəyimə girdin deyər. Adam qızı özünə sıxıb öpüşlərə qərq edər.

Qız adama o qədər inanmış, o qədər güvən hiss etmişdi ki, utanmaq xaricində adamdan çəkinmirdi. Onu sarması, öpməsi, nəvazişlə saçlarını oxşaması qızı mutlu etmişdi. Adam hissləri ilə qızı istəyirdi, bu hərəkətləri davranışlarından hiss olunurdu. Amma qızı incitmək, yanlış anlaşılmaq istəmirdi. Qızın təmizliyi, saflığı adamın hisslərini durdururdu. O gün adam qızı doyasıya öpmüşdü, qız isə öpüşməyi belə bacarmadığı üçün utanmışdı. Bir-birilərinə sarılıb saatlarla o şəkildə qalmışlar. Axşam geri-şəhərə qayıdacaqdılar. Amma heç biri bu anın bitməsini istəmirdi. Qızın işi gərəyi dönməyə məcbur idilər. Axşam olmasına bir neçə saat qalmışdı. Artıq bir birlikdəlik doğmuşdu. Adam qıza sevgisini qapdırmışdı, qız adamı illərdir tanıyırmış qədər inanmış, güvənini hiss etmişdi. Çox mutlu idi. Axtardıqlarını bu adamda tapmışdı, onun yanında özünü güvəndə hiss etmişdi. Artıq, özünü daha yaxşı hiss edirdi, yaşadıqlarının mükafatı kimi dəyərləndirmişdi adamı...

Ardı var...

Hekayəni qələmə aldı: Aysel Abdullazadə (müəllif hüquqları qorunur)


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
9+16=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0239 saniye