...O gün o adam qızın həyatını dəyişdi (6-ci hissə)
Aysel Abdullazadə tərəfindən "Hekayə" bolməsinə 00:51 12 oktyabr 2015 tarixində əlavə olunmuşdur

...Saat axşamın 10-u idi. Adamla qız şəhərə qayıtmağa hazırlaşırdı. Heç biri bu gəzintidən doymasa da, geri dönməyə məcbur idilər. Sanki hər şey şirin bir yuxu idi. Bu olanlara, yaşadıqlarına qız da inana bilmirdi. Birdən-birə bu qədər mutluluq qızı qorxudurdu. Çünki həmişə mutluluğu qısa sürmüşdü. Bu dəfə də bunun bitəcəyindən qorxurdu.

Qaranlıq düşmüşdü, maşına əyləşib Bakıya doğru yola düzəldilər. Yenə söhbət edərək qaranlıq dairəvi yollarla irəliləyirdilər. İki saat sonra artıq Bakıya çatmışdılar. Adam qızı evlərinə gətirmiş, sonra isə öz evinə qayıtmış.

Bu minvalla sabahlar olmuş, dənizə getmələr, sarılmalar, öpüşmələr və qızın adama qəlbinin dərinliklərindən gələn sevgisi davam etmiş. Amma adam özlüyündə narahat imiş, bu yaşında belə bir sevgi qorxutmuşdu, bəlkə də, adamı. Ya da bu qızın saflığı, niyyətinin təmizliyi və ya sevgisinin qarşılığını verə bilməyəcəyini bilən adam, rahatsız olmuşdu, artıq. Qıza bağlılığı yaranmışdı, özü də bilmədən bu olmuşdu. Bəlkə də, həyatında kiməsə belə bağlanmayan, sevgisini bu qədər net bir şəkildə hiss etməyən adam, elə, bu sevgidən qorxmuşdu.

Bir gün qız evdə tək imiş, adam zəng edər görüşmək istəyər. Qız da "gəl, çay dəmləyim söhbət edək” deyib, adamı dəvət edər. Birdən gəlməz deyə qız adamdan "gələrkən mənə portağal suyu al, ürəyim istəyir” deyə bu içəcəyi almasını istəyər. Gecə olmuşdu, bir qədər sonra adam əlində portağal şirəsi ilə içəri gələr. Çay içərlər, söhbət edərlər.

Adam gecələri yatmamağa alışqın imiş, həyat tərzi onu bu cür yaşamla formalaşdırıb. Şəxsi işlərinə və qaranlıq həyatına bu üzdən kimsəyi daxil etməz, hətta kimsəylə paylaşmazmış. Amma aç-çox qıza anlatmış, qızın da dünyagörüşü və bilgisi bunu anlamağa imkan verəcək yapıda olduğundan adamı bu işləri ilə daha çox sevmiş. Adam əli silahlı, amma təhlükəli biri deyilmiş. Haqqın yanında, ədalətin tərəfində olarmış. Həmişə qıza ədalət prinsiplərindən danışar, haqqı göstərməyə çalışarmış. Gecəni birlikdə qalarlar, adam danışar, qız dinləyər, arada suallar verən qıza üzdən də olsa, məlumatı izah etməyə çalışan adam, dərinliklərə doğru yol alan bu qızın sualları qarşısında bəzən təəccüblü qalmış, dolayısıyla anlatmış, bəzən isə sualı sualla qapadarmış.

Bir müddətlik xaricə gedəcəyini deyən adam qızın baxışları altında, sanki, çarəsiz qalmış. Qız adamın gedəcəyindən bütün arzularının yenə yarımçıq qalacağını təxmin etmiş, ağlamış. Adam bir müddət sonra geri dönəcəyini, hər zaman ürəyində, beynində qızın olacağını, heç vaxt onu unutmayacağını, amma işləri məcburiyyətindən getməli olduğunu söyləmiş. Danışıqlar içində adam qızı qucaqlamış, doyasıya sarılıb bağrına basmış, alnından öpüb saçlarını sığallamış. Öpüşlərlə hisslərini oyadan adam qızın sevgisindən ehtiras yaratmış olsa da, sevgidən doğan şəhvəti durdurmağı bacarmış o gecə. Sərhədləri tanıyan adam, sadəcə, qızın sevgisindən doğan bu hissləri sevdiyi qızla bölüşərək-sarılıb yatmışlar. Səhər açıldığında adam uzaqlara gedəcəyi üçün qızla vidalaşmış. Qapıdan çıxarkən qızın alnından öpüb ilk dəfə "səni sevirəm” demiş. Qızın sevinci yenə yarıda qalmışdı. Yenə tənha qalan qız adama sarılıb ağlayaraq adamın gedişinə sadəcə baxmış…

Ardı var...

Hekayəni qələmə aldı: Aysel Abdullazadə (müəllif hüquqları qorunur)


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+37=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.027 saniye