O gün səni gördüm... neçə il sonra...
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 10:01 27 yanvar 2016 tarixində əlavə olunmuşdur

O gün səni gördüm...neçə il sonra...
Nə edək,illəri qınamaq olmur.
Bu illər səni çox dəyişib, gülüm
Nə edək,illəri qınamaq olmur.
***
Gözlərin gözümə qaldı dikili,
Gözlərin halımdan hali,bilgili.
Gözlərdə illərin qəmi,nisgili...
Nə edək,illəri qınamaq olmur.
***
Sən mənim ilk və son məhəbbətimdin,
Sən ümid çırağım,səadətimdin.
Sən illər boyunca ülviyyətimdin...
Nə edək,illəri qınamaq olmur.
***
Bu illər öyrəndim sənsizliyimə,
Bu illər bələndim sənsizliyimə.
Bu illər çiləndim sənsizliyimə...
Nə edək,illəri qınamaq olmur.
***
Yaman dəyişmisən,tanımaq çətin,
Mövlud vəfalıdır,sınamaq şətin,
İllər ötüb keçir,sanamaq çətin...
Nə edək,illəri qınamaq olmur.

23.05.2014.Zərdabi.Mövlud Ağamməd.

 

 


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
3+35=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0348 saniye