O GÜNÜN HƏSRƏTİN ÇƏKMƏYİN YENƏ....
O günün həsrətin çəkməyin yenə,
O günə az qalıb,o gün gələcək.
Düşmən gülləsinə tuş gələnlərin
Ruhu sevinəcək,ruhu güləcək.
****
Çağlayar dənizlər,kükrəyər çaylar,
"İgidlər,döyüşə"-vətən haraylar.
Afərin deyəcək nəsillər,soylar
Zəfər bizimlədir, hamı biləcək.
****
Gözünün yaşını sil,Vətən oğlu,
Başını uca tut,gül,Vətən oğlu.
Babəkin qılıncı,bil,Vətən oğlu,
Düşmənin bağrını yenə dələcək.
15.06.2013.Zərdabi.(Mövlud Ağamməd)