O namazdı,aparır səsdən-səsə,
Beş vaxtı var,nə mənası tələsə.
Dünya malı qalan deyil heç kəsə--
Qalan varsa,bu meydana buyursun...
****
O Kəbədir,dolanarıq imannan,
Abidlərin işi yoxdu yalannan.
Qiyamət var dar gününə nişannan,
Qalan varsa,bu meydana buyursun.
***
O təkdi ki,həm hərifdi,həm rəqəm,
Bir Allaha bağlı aləm,cümlə.cəm.
Bilməyəni mən özümə dost deməm,
Sayan varsa,bu meydana buyursun.
****
Salam verdim,boşsa,vardır dəyəri,
O,gecədir,yoxdu gəlsə səhəri.
İnsanlığa nişanədi səbiri,
Olan varsa,bu meydana buyursun.
***
Mövlud,sonda çox asan bir sualdı,
Savab içrə savab olan duadı.
Nura nişan Allahu-Təaladı,
Nişan varsa,bu meydana buyursun.
16.08.2014.Zərdabi.Mövlud Ağamməd