əllərimlə yığıb fikirləri beynimdən,
qələmin ucuna sancıb sənə şeir yazıram.
biləsən nə qədər çətindir, şair olmaq,
ağrılıdır.
ən çox darıxmağı qollarımda hiss edirəm,
aparmısan onları özünlə,
qucağım üşüyür,
heç özümü də qucaqlaya bilmirəm.
bədənim küsüb bu təkliyimdən,
ruhumu da qoparıb getdin,
sümüyümdən , iliyimdən...
hər ağrının olduğu yerdəTanrını hiss elədim,
ağrılarım apardı məni təkliyə,
o qədər təkəm ki,qorxuram axırda Allah olam...