O qız desəydi
Bahadur Qobustan tərəfindən "Şeir" bolməsinə 12:27 01 may 2014 tarixində əlavə olunmuşdur

Görüb onu bircə kərə

Vurulmuşdum birdən-birə...

Bütün aləm ağlasaydı,

Sözünü salmazdım yerə

Gülərdim, o qız desəydi.

 

Çox sevirdim mələyimi,

Puç elədi diləyimi...

Tikə böldüm deməsə də...

İki yerə ürəyimi

Bölərdim, o qız desəydi.

 

Heç kəsə inanmaz  idim,

Mən ürəkli qanmaz idim...

Cəhənnəmdə yurd salsaydı,

Yanına yubanmaz idim

Gələrdim, o qız desəydi.

 

İndi ondan təmənna yox,

O qızla bağlı dünya yox..

Sadəcə bir təsəlli tək

Məni sevərdimi ya yox

Bilərdim, o qız desəydi.

 

Bulud var şimşək  çaxmayıb,

O su bu arxa axmayıb...

Allahın yazığı gəlib

Şükür, dilindən çıxmayıb

Ölərdim, o qız desəydi.


... dəfə oxunub
Qiymət: 8/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
1+20=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0274 saniye