O, sadəcə rəqs edirdi, Heç kəsə, heç nəyə fikir vermədən...
Nihat Atabəyli tərəfindən "Digər yazılar" bolməsinə 11:20 06 iyul 2016 tarixində əlavə olunmuşdur

Bundan öncə də pul qazanmaq üçün mənəviyyatını satan qadınlara rast gələn Oananın içindən keçən klubun qarşısındakı xanımı xilas etmək hissi onun gözəlliyi ilə əlaqəli deyildi. Bütün gördüyü satılıq qadınların bir ortaq cəhətləri vardı: Onlar məcbur olaraq seçdikləri yaşam tərzləri ilə artıq çoxdan barışmışdılar. Gecə klubunun qarşısındakı qadının baxışlarında isə Oananın rahatlıqla anlaya bildiyi bir barışmazlıq vardı. Ancaq bu etirazın səbəbi anlaşılmaz idi ki, onun da iki mümkün haldan biri olduğundan əminlik duyurdu. Bu qeyri- adi ecaskarlıq ya onu barın qarşısında rəqs etməyə məhkum edənlərlə barışmırdı, ya da istəklərinin iyrəncliyi baxışlarından süzülən ona ən azı iyirmi fasiləsiz saniyə zillənən gözlərlə. Bütün hallarda o, öz rəqsinə davam etməyə məhkum idi. Edə biləcəyi bir şey vardı. Sözlərlə deyə bilmədiklərini baxışlarıyla ifadə etmək. Gözlər isə heç zaman yalan deyə bilməzdi. Qorxudan heç kəsə tərəf baxmayan gözlərindən Minvoa Oanan onu bu haldan xilas edəcək birinin köməyinə olan çarəsiz ehtiyyacını oxumağı bacarırdı. Bəlkə də ecaskar rəqqasənin hər kəsdən gizlətdiyi, daxilində yaşayan o balaca qızcığaz hələ də öz şahzadəsini gözləyirdi, lakin Oanan bilirdi ki, bu şahzadə heç vaxt gəlməyəcəkdi. Seçdiyi yolun iyrəncliyini öz təbəssüm və sərbəst davranışları ilə ört- basdır edən qadınların faciələri onu hər gördüyündə məhv etsə də Oananı şiddətli pessimizminin caynaqlarından xilas edən onların öz seçimlərindən peşımançılıq çəkməmələri olurdu. Ən azından gülüşlər, gözlər və davranışlar bunu deməyə əsas verirdi. Gördüyü son ecaskarlıqda isə bunların heç biri yox idi. O, sadəcə rəqs edirdi. Heç kəsə, heç nəyə fikir vermədən, dayanmadan, bir an belə həyatdan ümidlərini üzmədən... 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
5+27=
Hesaba giriş
Müəllif

Nihat Atabəyli
Haqqında
Gözəllik aşiqi olan biri üçün gözəlliyi görüb də onu seyr etmək zövqündən özünü məkrum edəcək qədər qəddar seçim ola bilməz
Əlaqə
E-mail:
nihatatabayli@gmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0217 saniye