Əhdində andında yalanlar vardı,
Eşqim sevgisinə nədənsə dardı,
Mənə qalan ondan çüt baxışlardı,
O,unutdu amma mən unutmadım.
Andım səhər axşam xəyallarımda,
Tapdım varlığını ulduzda ayda,
Söylədim O,günü qonşuda toyda,
O,unutdu amma mən unutmadım.
Gün keçdi yadımdan çıxmadı bir an,
Verərdim yolunda canımı qurban,
Deyim sizdə bilin el aləm çahan,
O,unutdu amma mən unutmadım.
Yazmışam adını qəlbiməbir baş,
Seymur ayrılığı duymayaydın kaş,
Süzüldü yanağa axdı gözdən yaş,
O,unutdu amma mən unutmadım.
MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV
05.11.2016