“O” O hamıdır.Hamı da odur.Biz insanlar bir-birimizin hissəcikləriyik.O hələ yox idi.Sonradan onu doğdular.Doqquz ay ana bətnində qaranlıq bir yerdə qaldıqdan sonra bu işıqlı dünyaya gözlərini açdı.Hamı kimi ağlayaraq çılpaq dünyaya gəldi.Hər şey ele həkimlərin onun ana bətninə bitişdirən ciftini kəsdikdən sonra başladı.Çox saf idi,qığıldayırdı.Səsi hər kəsə doğmalıq və söz ilə izah edilməyəcək bir xoşbəxtlik gətirmişdir.Fəsillər bir-birini əvəz etdikcə o da, böyüyürdü.Amma hələ balaca idi.Balaca olduğu üçün də ətraf aləm onun gözündə çox böyük görünürdü.Həyatı və həyata olan marağı cizgi filmlərinə baxmaq,kuklası ilə oynamaq idi.Bəlkə də bilsəydi onun özünü haçansa “kukla”kimi oynadacaqlar heç zaman bu kuklanı əlinə almazdı.Həmişə tək oynayırdı.İstəyirdi qardaşı ya da bacısı olsun.Hər gecə yatanda Allah Babadan bunu istəyirdi.Və bir gün yetişdi, ata,anası sənə bazardan qaqaş "al"mışıq- dedilər,uşaqdır da aldatmağa nə var ki.?Mənə də vaxtilə demişdilər bu sözü.İlk bazara ayaq basanda gözüm vitrinlərdə ağ mələfəyə bükülmüş uşaq axtarırdı.Amma uşaq əvəzinə ağızlarında qızıl dişləri olan daydayları,yekə qarınları olan qəssabları,başlarına üst-üstə şal bağlamış qadınları görürdüm,hə, məndən keçək ona.Eslində elə mən də "o"-yam.Ümümiyyətlə hamımız kimsə üçün "o"yuq.Bu təkcə şəxs əvəzliyi deyil.O kimsə üçün sevgili ola bilər,kimsə üçün qatil ola biler,kimsə üçün fahişə ola bilər,kimsə üçün iblis ya da mələk ola bilər və.s.Bir sözlə sənin ona hansı gözlə baxıb ad verməyindən asılıdır.O artıq böyüdü.Böyüdükcə ətrafı onun gözündə çox kiçilməyə başlamışdı.Başqa qadınlardan fərqli olaraq onun hər gecə qulaqlarına sevgi nəğməsi oxuyan sevgilisi yox idi heyatında.Hər gecə bir "sevgili" tapırdı özünə,amma onu sevmirdilər.Hər kəs ona fahişə kimi baxırdı.Fahişə cəmiyyət onu fahişə etmişdi.Baxmayaraq ki,o bədənini pula satırdı,amma bakirə idi.Çünki o ruhu təmiz dogulmuşdu.Heç kim cinayətkar,rüşvətxor,satqın,mənəviyyatsız olaraq doğulmur axı.Ruhu düşüncələri çox azad və saf idi.. Ən böyük arzusu ana olmaq idi və oldu da.Atası olmayan,bilinməyən bir qız-mələk dünyaya gətirmişdi. Həyat yoldaşı olmayan ana olmaq çətin bir şeydir.Hər vuran saatın əqrəbi onun həyatına ölüm zərbəsi endirirdi.O barışa bilmirdi fahişə olmağı ilə.Bütünlüklə yaşadıqları onun xaricinə təsir etmişdi amma daxilinə-mənliyinə yox.Fiziki olaraq özünü məhv edilmiş sanırdı.Bir gün yetişdi,o çoxdan qurduğu planı həyata keçirmək istədi.İntihar...
Boğazında kəndir,ayaqlarının altında stul.Bir zərbə qədər yaxın idi ölüm ona.Bu fahişəxanadan qurtulmaq üçün stola bir təpik vurdu.Amma stul tərpənmirdi.Təəccüb doğurdu onu.Axı niyə mən ölə bilmirəm?Əyildi aşağı baxdı.Onun doğduğu böyütdüyü bir yaşlı mələyi stuldan bərk yapışmışdır.Elə bil hər şeyi hiss və dərk edirdi,gözlərindən sanki "sən kimsə üçün bir fahişə ola bilərsən amma mənim üçün anasan" cümləsi oxunurdu.Cənnət bu an özü ananın ayaqları altına gəlmişdi.