Əsrlər öncə insanlarda azyaşlı uşaqların otaqlarında şeytani qüvvələrin mövcudluğuna və onların uşaqların vücuduna girmək üçün fürsət axtardığına dair batil inanclar var idi. Və bu şeytani güclərin mavi rəng tərəfindən qovulduğuna inanılırdı. Çünki mavi səma – göylərin rəngi idi. Hətda bu gün hələ də Yaxın Şərqdə şeytanı qovmaq üçün bəzi evlərin qapıları mavi rəngə boyanmaqdadır.
O dönəmlərdə nəslin davam etdirilməsi anlamında oğlan uşaqları böyük önəm daşıyırdı. Elə o zamanlardan da şeytanın qorxub getməsi üçün oğlan uşaqlarının mavi rəngli geyimləri dəb halını aldı və bu, yüz illər boyunca davam etdi.
Mənbə: bakı-baku.az